Previous Next
Bağla

Hesab.az tam yenidən qurulur

17-10-2016 13:29
Hesab.az tam yenidən qurulur

Məlum olduğu kimi, Azərbaycanda onlayn ödəmələr bazarının böyük şirkətlərindən olan GoldenPay şirkətinə məxsus Hesab.az portalı fəaliyyət göstərir.

İlk başda startap şəklində qurulmuş GoldenPay  bu gün 20-dən artıq dövlət qurumunun, 500-dən çox hüquqi və fiziki şəxsin internet üzərindən ödənişlərinin təminatçısına çevrilib.

Şirkət biznes sektoru üçün ödəmə sistemlərinin qurulması və pərakəndə sektor üçün Hesab.az portalı vasitəsilə ödənişlərin aparılması sahəsində hər il daha da uğurlu nəticələr göstərir.

Xeberler.az olaraq şirkətin yeni xidmətləri barədə mütəmadi məlumatlar yayımlayırıq.

Buna baxmayaraq bəzi mütəxəssislər hesab edir ki, Hesab.az son texnologiyalar ilə ayaqlaşa bilmir.

Onlar hesab edirlər ki, onlayn ödəmə sahəsində sürətlə inkişaf olmasına baxmayaraq Hesab.az bu yenilikləri tətbiq etmir.

Qeyd edilir ki, portalın bu günə qədər mobil tətbiqi də istifadəyə verilməyib.

Həm istifadəçilər, həm də mütəxəssislər hesab edir ki, Hesab.az son texnologiyaları tətbiq etməkdə gecikir.

Xeberler.az-ın məlumatına görə, məsələyə münasibət bildirən GoldenPay şirkətinin və Hesab.az onlayn ödəniş portalının təsisçisi və rəhbəri Fərid İsmayılzadə deyib ki, startaplar müəyyən vaxtdan sonra çevikliyini (flexibility) itirir.

Onun sözlərinə görə, platformada istifadəçi sayı artıqca artıq problemlər də çoxalır və bunlar yeni həllər tələb edir:

“Son məlumata görə, Hesab.az-da bu günə qədər 250 mindən çox adam qeydiyyatdan keçib. İstifadəçi sayı artıqca platformada edəcəyimiz dəyişikliklər daha çox məsuliyyət tələb edir. Əvvəllər əgər 1-2 istifadəçi test edəndə problemlə (bug-lar) qarşılaşırdısa, indi daha çox istifadəçi o problemlə qarşılaşa bilir. İstifadəçi sayının artması ilə qərara verəndə çox yenilik etməli olursan”.

Şirkət rəhbərinin  məlumatına görə, Hazırda Hesab.az-ın sistemində yenilənmə işləri həyata keçirilir:

“Hesab.az-a yeni texnologiyaların əlavə edilməsi ona görə uzanır ki, hazırda sistemdə böyük dəyişikliklər edilir. Məlum olduğu ki, sistem könnədir, artıq bir neçə ildir fəaliyyət göstərir. Bu gün Hesab.az-ın yenilənməsi gedir. Hesab.az-ın bazasını tamamilə yeni bazaya köçürməyə hazırlaşırıq”.

 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
GoldenPay şirkəti 9 yaşını qeyd edir

GoldenPay şirkəti 9 yaşını qeyd edir

13-07-2016
Hesab.az  Gürcüstanda  fəaliyyətə başlayacaq

Hesab.az Gürcüstanda fəaliyyətə başlayacaq

25-09-2015
Hesab.az-da qeydiyyatdan keçən istifadəçilərin sayı açıqlanıb

Hesab.az-da qeydiyyatdan keçən istifadəçilərin sayı açıqlanıb

30-06-2016
 GoldenPay-in 8 yaşı tamam olur

GoldenPay-in 8 yaşı tamam olur

13-07-2015
Hesab.az yeniləndi

Hesab.az yeniləndi

09-03-2016
"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023
Hesab.az-da “Qazananlar Klubu”na qoşulun və qazananlardan olun

Hesab.az-da “Qazananlar Klubu”na qoşulun və qazananlardan olun

05-05-2020
Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021
“Hesab.az” portalının Chrome Extension tətbiqi istifadəyə verildi

“Hesab.az” portalının Chrome Extension tətbiqi istifadəyə verildi

21-02-2015
Hesab.az yeni funksiyasını test edir

Hesab.az yeni funksiyasını test edir

18-03-2015
Hesab.az-da 2-QAT Novruz sevinci!

Hesab.az-da 2-QAT Novruz sevinci!

19-03-2022
Hesab.az-ın istifadəçi sayı 300 minə çatıb

Hesab.az-ın istifadəçi sayı 300 minə çatıb

22-02-2018
Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019
Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020
“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021
Hesab.az-ın Visa ilə keçirdiyi növbəti kampaniya başa çatıb

Hesab.az-ın Visa ilə keçirdiyi növbəti kampaniya başa çatıb

14-05-2020
Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019
Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim edib

Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim edib

03-03-2020
Hesab.az tətbiqi 3-QAT qazandırır!

Hesab.az tətbiqi 3-QAT qazandırır!

16-11-2021
Hesab.az və Azercell-dən daha bir yenilik

Hesab.az və Azercell-dən daha bir yenilik

26-11-2015
Hesab.az yeni ayın ödənişlərinə 2-qat Koin qazandırır!

Hesab.az yeni ayın ödənişlərinə 2-qat Koin qazandırır!

01-02-2022
Hesab.az ailəsinin 11 yaşı tamam oldu!

Hesab.az ailəsinin 11 yaşı tamam oldu!

14-04-2022
Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

24-08-2021
Əhali Hesab.az-la ən çox kreditlərinin ödənişini edib - Statistika

Əhali Hesab.az-la ən çox kreditlərinin ödənişini edib - Statistika

22-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə