Previous Next
Bağla

GoldenPay şirkəti 9 yaşını qeyd edir

13-07-2016 12:02
GoldenPay şirkəti 9 yaşını qeyd edir

Bu gün Azərbaycanın onlayn ödəmələr bazarının lideri olan GoldenPay ASC-nin yaranmasından 9 il keçir.

Xeberler.az-ın məlumatına görə, ilk başda startap şəklində qurulmuş GoldenPay  bu gün 20-dən artıq dövlət qurumunun, 500-dən çox hüquqi və fiziki şəxsin internet üzərindən ödənişlərinin təminatçısına çevrilib. Şirkət biznes sektoru üçün ödəmə sistemlərinin qurulması və pərakəndə sektor üçün Hesab.az portalı vasitəsilə ödənişlərin aparılması sahəsində hər il daha da uğurlu nəticələr göstərir.

GoldenPay  bank kartları vasitəsilə ayda 11 milyon AZN həcmində 600 mindən çox əməliyyat həyata keçirilir ki, bu da elektron ödənişlər bazarının 70%-ni təşkil edir. Bu sahədə ölkədaxilində yüksək nəticələr əldə edən GoldenPay artıq Bosniya və Herzoqovina kimi ölkələrdə də öz fəaliyyətinə başlamışdır. Şirkətin xarici ölkələrdə fəaliyyətə başlamasından sonra isə yaxın gələcəkdə İPO (səhmlərin ilkin buraxılışı) nəzərdə tutulub.

Şirkətin ən uğurlu brendi olan Hesab.az portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı artıq 230 mini keçib və bu rəqəm daima artmaqdadır.  Bildiyiniz kimi Hesab.az  istifadəçilərinə kommunal, TV, internet, mobil, ev telefonu, əyləncə, bank krediti və digər ödənişləri rahat şəkildə, vaxta qənaət edərək ödəmək imkanı verir.  

GoldenPay məlumatların şifrələnməsi üzrə dünyanın ən məhşur şirkətlərindən biri olan Geotrust-la çalışır. Həmçinin kart məlumatlarının qorunması üçün PCİ DSS sertifikatından istifadə edilir. Əlavə olaraq bir neçə təhlükəsilik funksiyası ilə GoldenPay istifadəçilərinin etibarını qazanıb.

Bu gün əldə etdilən bütün naliyyətləri istifadəçilərimizə borcluyuq. Və gələcəkdə görüləcək bütün işlər onların etimadını doğruldub, yeni xidmətlərlə vaxtlarına daha çox dəyər qatmaqdır. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

GoldenPay-in 8 yaşı tamam olur

13-07-2015

Hesab.az-da qeydiyyatdan keçən istifadəçilərin sayı açıqlanıb

30-06-2016

Hesab.az Gürcüstanda fəaliyyətə başlayacaq

25-09-2015

Hesab.az tam yenidən qurulur

17-10-2016

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021

Əhali Hesab.az-la ən çox kreditlərinin ödənişini edib - Statistika

22-12-2015

GoldenPay ASC-ın rəhbərliyində dəyişiklik edildi - YENİ TƏYİNATLAR

11-12-2023

Hesab.az portalı yeni Data Mərkəzə “köçür”

03-03-2017

PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da

01-09-2021

“Hesab.az” portalının Chrome Extension tətbiqi istifadəyə verildi

21-02-2015

İnternet mağazalar elektron ödəniş portalına qoşulur

06-09-2015

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019

"GoldenPay" 17 ildir ki, onlayn ödəmələr sahəsində birinciliyini qoruyur!

12-07-2024

GoldenPay-dən yenilik-1 AZN investisiya ilə şəxsi iş

22-09-2016

Azərbaycanda ilk dəfə HOTNET xidmətlərinin onlayn rejimində ödənilməsi tətbiq edilib

18-03-2009

Hesab.az-ın istifadəçi sayı 300 minə çatıb

22-02-2018

GoldenPay və STEP IT Academy arasında əməkdaşlıq barədə memorandum imzalanıb

17-03-2021

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019

Sevinc Dolu Əməkdaşlıq Astaranın Sım kəndində: GoldenPay/Hesab.az və ASAN Könüllüləri Birgə 86 Uşağa Təbəssüm Bəxş Etdi

30-12-2023

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

“Qoldenpey” ASC 15 yaşı münasibətilə dəyərli hədiyyə uduşlu kampaniya keçirir

08-07-2022

“ƏDV Geri Al” artıq Hesab.az platformasında!

26-08-2021

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə