“TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xeberler.az məlumat verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacyev “X”də bildirib.
Şuşa Qlobal Media Forumu çərçivəsində “TikTok”un Şərqi Avropa üzrə Hökumətlə Əlaqələr və İctimai Siyasət Departamentinin rəhbəri Diana Ryan, “LinkedIn”in Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə Dövlət Sektoru və Qeyri-Kommersiya Təşkilatları ilə Satış Departamentinin rəhbəri Seamus Clancy, eləcə də Dharana Digital şirkətinin direktoru, süni intellekt və sosial media üzrə təlimçi, tədqiqatçı və müəllif Dr. Karen Sutherland ilə görüş keçirilib.
“Görüşlər zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə məsələləri, uşaqların onlayn mühitdə daha yaxşı qorunmasına yönəlmiş Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi müzakirə olunub, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələr ətrafında fikir mübadiləsi aparılıb”, - Prezidentin köməkçisi qeyd edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları