Previous Next
Bağla

Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır

20-07-2025 16:20
Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır

Texnologiyalara və innovasiyalara müqavimət Kopernik və ya Cordano Brunonun ideyalarına qarşı mübarizəni xatırladır.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.

"Bugünkü Şuşa Qlobal Media Forumu süni intellektə həsr olunub. Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq. Bu gün süni intellekt ətrafında müxtəlif müzakirələr gedir. Bu təhdiddir, yoxsa fürsət? Və mən burada texnologiyalara qarşı mübarizəyə çağırmıram", - deyə H.Hacıyev bildirib.

Onun fikrincə, texnologiyalara, innovasiyaya və yeniliyə qarşı mübarizə Cordano Bruno və ya Kopernikin ideyalarına qarşı mübarizə ilə müqayisə edilə bilər.

"Başa düşürsünüz, yeni nəsillər də bizi buna görə tənqid edəcəklər. Onlar da bunu Cordano Bruno və digər mütəfəkkirlərin fikirlərinə qarşı mübarizə kimi qəbul edəcəklər - yel dəyirmanları ilə döyüş kimi. Eyni zamanda, gələcək nəsillər eyni vaxtda bizi nəzarət etmək mümkün olmayan və qeyri-müəyyənlik yaradan bir konsepsiyanın yaranmasına səbəb olduğumuz üçün qınayacaqlar", - deyə H.Hacıyev bildirib.

O vurğulayıb ki, süni intellekt "şübhəsiz ki, bir çox şeyi dəyişir": o cümlədən dini inanclarımıza və baxışlarımıza münasibətimizi.

"Həqiqət dəyişdi. Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır", - deyə o qeyd edib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025

Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır

20-07-2025

Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib

25-04-2026

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir - RƏSMİ

27-09-2020

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

06-05-2025

“Süni intellekt və strateji kommunikasiya” adlı iclas keçirilib

13-12-2024

III Şuşa Qlobal Media Forumu başa çatıb

21-07-2025

İlham Əliyev: Mən süni intellektdən istifadə etmirəm

19-07-2025

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

24-09-2024

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024

Elşad Hacıyev: Vətəndaşlarımız sosial şəbəkədəki informasiyalara diqqətli yanaşsınlar

20-09-2023

Klaus Strunz: Süni intellektə nəzarət mexanizmləri olmalıdır

21-07-2025

III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

21-07-2025

Bu ilin əvvəlindən Azərbaycana qarşı yeni metodlarla təhdidlər, “fake”lərin geniş yayımı başlayıb

21-10-2024

Bakıda D-8 Media Forumu keçirilir

21-11-2025

3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19-07-2025

Tramp İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışını paylaşıb

22-07-2025

İEA: Enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb

10-04-2025

İnformasiya agentlikləri: Süni intellekt böyük həcmdə feyk xəbərlər dalğası yarada bilər

16-06-2023

Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib

01-06-2017

Sosial şəbəkələrdə İslama qarşı nifrət dolu ifadələr artıb

26-05-2025

Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilib

01-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə