Previous Next
Bağla

Hikmət Hacıyev Qazaxıstanın İnformasiya Komitəsi rəsmisi ilə görüşüb

13-07-2026 21:31
Hikmət Hacıyev Qazaxıstanın İnformasiya Komitəsi rəsmisi ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov, eləcə də Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin Televiziya və Radio Kanalları üçün İnformasiya Fəaliyyəti Departamentinin baş eksperti Nurlan Bertısov ilə görüşüb.

Xeberler.az məlumat verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin müttəfiqlik xarakteri daşıdığı vurğulanıb. Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin informasiya və media sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Söhbət zamanı Hikmət Hacıyev sosial media platformaları ilə bağlı məsələlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, birgə informasiya kontentlərinin hazırlanması, dezinformasiyaya qarşı birgə mübarizənin təşkilinin vacibliyini bildirib. Eləcə də Qazaxıstanda Azərbaycan televiziya kanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Forum çərçivəsində media nümayəndələri ilə görüşünü, çoxsaylı sualları ətraflı və açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd edən Kanat İskakov və Nurlan Bertısov IV Şuşa Qlobal Media Forumunun uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev Suriyanın informasiya naziri ilə görüşüb

Hikmət Hacıyev Suriyanın informasiya naziri ilə görüşüb

13-07-2026
TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

06-05-2025
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026
Hikmət Hacıyev “TikTok” və “LinkedIn” nümayəndələri ilə görüşüb

Hikmət Hacıyev “TikTok” və “LinkedIn” nümayəndələri ilə görüşüb

13-07-2026
Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025
Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır

Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır

20-07-2025
Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib

Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib

25-04-2026
III Şuşa Qlobal Media Forumu başa çatıb

III Şuşa Qlobal Media Forumu başa çatıb

21-07-2025
Prezident Administrasiyasının yeni strukturu məlum oldu

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019
Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır

Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır

20-07-2025
Bakıda D-8 Media Forumu keçirilir

Bakıda D-8 Media Forumu keçirilir

21-11-2025
Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

19-07-2025
3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19-07-2025
 TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025
Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025
Mərkəzi Asiya ölkələrinin telekanalı və media platforması yaradılacaq

Mərkəzi Asiya ölkələrinin telekanalı və media platforması yaradılacaq

16-04-2025
Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10-07-2026
“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024
İlham Əliyev həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

24-11-2025
Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024
“Süni intellekt və strateji kommunikasiya” adlı iclas keçirilib

“Süni intellekt və strateji kommunikasiya” adlı iclas keçirilib

13-12-2024
Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə