Previous Next
Bağla

"Holberton School Azerbaijan"ın yeni təlim proqramları başlayıb

25-11-2025 19:33
"Holberton School Azerbaijan"ın yeni təlim proqramları başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), "PASHA Holding" və "Holberton School Azerbaijan" ın birgə əməkdaşlığı çərçivəsində 4 yeni proqrama start verilib.

Xeberler.az bildirir ki, noyabrın 25-də sözügedən təlim proqramının tədrislərinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə "Holberton School Azerbaijan"ın icraçı direktoru Şəmsi Bayramzadə, İRİA-nın sədr müavini Şahin Əliyev, "PASHA Holding" nümayəndəsi Tuğra Musayeva, eləcə də "Holberton School"un təsisçisi Florian Buçer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda təlimlərin əhəmiyyəti, ölkənin İKT ekosisteminin inkişafına verəcəyi töhfələr və bu sahədə gələcək əməkdaşlıq imkanları vurğulanıb. Tədbir məzunların nailiyyətlərinin təqdimatı, yeni tələbələr tərəfindən gözləntilər və təşəkkür nitqi, həmçinin təlimlərin ilk günlərindən görüntüləri əks etdirən videoçarx nümayişi ilə davam edib.

Təlim proqramı üzrə "Holberton School Azerbaijan"a daxil olan 5 213 müraciət arasından seçilən 200 nəfər proqrama qəbul olunub. Proqram çərçivəsində 160 nəfər məzunun yetişdirilməsi nəzərdə tutulur.

Tədris proqramları "Full-Stack Web Development və AI" (9 ay), "Cybersecurity" (10 ay), "Machine Learning" (10 ay), "Computer Science" (9 ay) və "Generative AI" (3 ay) olmaqla 5 istiqamətdə həyata keçiriləcək. Qeyd edək ki, "Generative AI" istiqaməti üzrə qeydiyyatın 2026-cı ilin fevral ayında elan edilməsi nəzərdə tutulur.

Təlim proqramının əsas məqsədi İKT sahəsində ixtisaslı kadrlar hazırlamaq, orta təhsilini tamamlamış və ya təhsilini yarımçıq qoymuş şəxsləri bu sahəyə cəlb etmək, peşə dəyişikliyi etmək istəyənlərə dəstək olmaq, eyni zamanda ölkədə İKT savadlılığını artıırmaq və bu istiqamətdə iqtisadi inkişafa töhfə verməkdir.

Ölkədə 2023-cü ildən etibarən fəaliyyət göstərən "Holberton School Azerbaijan" dan indiyədək 129 nəfər məzun olub, onların 94 nəfəri İRİA ilə əməkdaşlıq proqramının məzunudur. Məzunların işlə təmin olunma göstəricisi 74 % təşkil edir.

Qeyd edək ki, "Holberton School Azerbaijan" dünyaca məşhur "Holberton School" şəbəkəsinin bir hissəsidir. Layihənin əsas məqsədi tələbələrə müstəqil öyrənmə, tədqiqat aparma və real layihələr üzərində işləməklə praktiki təcrübə qazandırmaqdır. İRİA İKT sahəsində beynəlxalq təcrübənin ölkədə tətbiqi məqsədilə artıq iki ildir ki, "Holberton School"la əməkdaşlıq edir.

2016-cı ildən fəaliyyət göstərən "Holberton School" hazırda 20-dən çox ölkə, 30-dan çox şəhərdə qlobal təhsil şəbəkəsini formalaşdırır. Bu məktəblərin məzunları "LinkedIn", "Google", "Tesla", "Docker", "Apple", "Dropbox", "Facebook", "Pinterest", "Genentech", "Cisco" və IBM kimi aparıcı texnologiya şirkətlərində karyera qurublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“PAŞA Holding”in sponsorluq etdiyi "Holberton School Azerbaijan” məktəbinin ilk Məzun Günü baş tutub

12-07-2024

“Game Summit 2026” tədbiri keçiriləcək

21-04-2026

"Digital Azerbaijan Talent School” təlim düşərgəsinin oflayn dərslərinə start verilib

03-09-2024

Bakıda "Micro SaaS Hackathon" keçiriləcək

27-08-2025

Daha iki təhsil müəssisəsi Azərbaycanda İKT sahəsində kadr hazırlığına cəlb oluna bilər

23-06-2023

AzMİU-da “CODEX” IT Akademiya fəaliyyətə başlayıb

23-05-2025

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

13-09-2024

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

Bolqarıstanda startap təlimlərində iştirak etmək imkanı

07-10-2016

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

"RİNN"in dəstəyi ilə “Innosummit” infosessiyası keçirilib

29-04-2025

Dünyanın nüfuzlu məktəblər şəbəkəsi Azərbaycanda fəaliyyətə başlayır

29-08-2023

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə