Previous Next
Bağla

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025 15:23
"Startup School 3" layihəsinin açılış mərasimi  keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının rəsmi açılış mərasimi keçirilib.

Xeberler.az bildirir ki, tədbirin açılışını İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı edib. O, çıxışında “Startup School” layihələrinin innovasiya və sahibkarlıq ekosisteminin inkişafındakı rolunu vurğulayıb, proqramın əvvəlki mərhələlərdə region ölkələri arasında innovativ əməkdaşlıq platforması yaratmaq baxımından əhəmiyyətini diqqətə çatdırıb. Prof. Vüsal Qasımlı qeyd edib ki, layihə startapların bilik və bacarıqlarının artırılmasına, onların innovasiya ekosisteminə inteqrasiyasına və qlobal bazarlara çıxışına mühüm töhfə verir.

Tədbirdə həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış ediblər. Onlar innovasiya sahəsində bu cür beynəlxalq təşəbbüslərin önəmini vurğulayaraq, dövlət qurumları ilə startaplar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 3” layihəsi ilə bağlı ətraflı təqdimatla çıxış edib. O, bu mərhələdə layihəyə olan beynəlxalq marağın və geniş tərəfdaşlıq imkanlarının Azərbaycanın innovasiya ekosisteminin uğurlu inkişaf göstəricisi olduğunu bildirib.

“Startup School 3” layihəsinin tərəfdaşları “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim və “Baku Holiday Travel” şirkətinin direktoru Ramil Rzayev də çıxış ediblər. Onlar layihə çərçivəsində əməkdaşlıq imkanlarından məmnunluq ifadə edərək, bu tip təşəbbüslərin birgə təşkilinin ekosistem üçün daha uğurlu nəticələr gətirəcəyini vurğulayıblar. Onlar bildiriblər ki, Akselerasiya proqramı ümumilikdə ekosistemin inkişafına ciddi töhfələr verməklə yanaşı, tərəfdaş təşkilatların da bu sahədə inkişafına, xüsusilə ekosistem oyunçuları arasında əlverişli əməkdaşlıqların formalaşmasına təkan verir.

Qeyd edək ki, “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan ümumilikdə 148 müraciət daxil olub. Onlardan 126 layihə ilkin seçim mərhələsini uğurla keçərək akselerasiya proqramının təlim sessiyalarında iştirak hüququ qazanıb.

Təlim və mentorluq xidmətləri avqust, sentyabr və oktyabr aylarında beynəlxalq səviyyəli ekspertlər tərəfindən həyata keçiriləcək. Proqramın yekun mərhələsində – Demoday tədbirində – seçilmiş startaplar beynəlxalq vençur fondlarının nümayəndələrindən ibarət jüri qarşısında təqdimatla çıxış edəcəklər.

“Enterprise Azerbaijan” portalı akselerasiya proqramının icrasında 10 ölkədən 39 təşkilatla – 21 yerli və 18 xarici qurumla əməkdaşlıq edir. Proqrama ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycanı təmsil edən 5 vençur fondu da tərəfdaş kimi qoşulub.

“Startup School 3” layihəsi innovativ ideyaların dəstəklənməsi, dayanıqlı və rəqəmsal sahibkarlıq mühitinin təşviqi, eləcə də regional və beynəlxalq şəbəkələrin qurulması baxımından əhəmiyyətli platforma kimi çıxış edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

25-06-2025

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

"Demo Day" başladı- Finala çıxan 30 layihə sərgidə nümayiş olunur

21-11-2025

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə