Previous Next
Bağla

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025 11:12
İİTKM “Startup School 3” layihəsinə start verir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə tərəfdaşlığı çərçivəsində “Startup School 3: Green and Digital Silk Road” beynəlxalq akselerasiya proqramına başlayır.

Xeberler.az məlumat verir ki, “Green and Digital Silk Road” (Yaşıl və Rəqəmsal İpək Yolu) devizi altında keçirilən bu beynəlxalq təşəbbüs 2025-ci ilin aprel-dekabr aylarını əhatə edəcək. Layihə rəqəmsal və yaşıl inkişaf sahəsində fəaliyyət göstərən startaplara dəstək verməklə yanaşı, regionda innovasiya ekosisteminin möhkəmlənməsi, beynəlxalq tərəfdaşlıqların qurulması və qabaqcıl təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradacaq.

Proqramın əsas məqsədi rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsində məhsul və ya xidmət təqdim edən startapların inkişafına şərait yaratmaq, innovativ ideyaların regional inteqrasiyasını dəstəkləmək və startap ekosistemi iştirakçıları arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Layihənin missiyası “Yaşıl və Rəqəmsal İpək Yolu” konsepsiyası əsasında iştirakçı ölkələrdə rəqəmsal transformasiya və ekoloji dayanıqlılığın inkişaf etdirilməsidir.

Proqrama Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan və Pakistan daxil olmaqla, Mərkəzi Asiya və qədim İpək Yolu üzərində yerləşən ölkələrdən startaplar müraciət edə bilər.

Layihəyə ABŞ, Almaniya, Çin, Cənubi Koreya, Türkiyə və Azərbaycandan olan tanınmış mentorlar cəlb ediləcək.

Qeyd edək ki, “Enterprise Azerbaijan” portalı buna qədər də “Startup School 1” və “Startup School 2 - AI for Green Solidarity” layihələrini uğurlar icra edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

25-06-2025

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

"Demo Day" başladı- Finala çıxan 30 layihə sərgidə nümayiş olunur

21-11-2025

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə