HTC One M8s təqdim edilib

04-04-2015 / 14:03

HTC ötən həftə satışa təqdim etdiyi HTC One M9-un ardından yeni modeli HTC One M8s-i təqdim edib.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, HTC-nin M9-dan əvvəlki modeli M8-in 2015 versiyası olan HTC One M8s UltraPiksel kamerası ilə diqqət çəkir. HTC-nin xüsusiyyətlərini rəsmi açıqladığı yeni modeli HTC One M8s-in texniki xüsusiyyətləri isə aşağıdakılardır:

-Android 5.0 Lollipop, + HTC Sense

-146.36 X 70.6 x 9.55mm, 160 qram,

-5-Düym 1080 x 1920-pixel LCD ekran,

 -2GB RAM

-13-Megapixksel f / 2.0 cüt əsas kamera, 5-megapiksel selfie kamera,

-16GB Daxili storage, + microSD dəstəyi,

-2840mAh batareya

Əslində böyük ölçüdə M8-i xatırladan M8s haqqında hələ hansı ölkələrdə satışa təqdim ediləcəyi məlum deyil. Cihazın İngiltərə qiyməti 379.99 Avro olaraq müəyyənləşdirilib.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə