2016-cı ildə təqdim ediləcək ağıllı telefonlar

26-11-2015 / 13:18

Məlumat verdiyimiz kimi, 2016-cı ildə  bəzi  yeni ağıllı telefon modelleri bazara çıxarılacaq.

Xeberler.az  2016-cı ildə  tanıdılacaq  ağıllı telefonları təqdim edir.

iPhone 7

iPhone 7 inkişaf etdirilmiş yeni 12 Megapiksel kamera, 3D Touch, yenilənmiş barmaq izi oxuyucusu kimi xüsusiyyətləri ilə  təqdim ediləcək.

iPhone 7 modelində  Apple A10 prosessoru olacaq, cihaz kabelsiz enerji toplaya bilmək xüsusiyyəti də təqdim edilə bilər. Yenə digər iPhone modelləri kimi 2016-cı ilin sentyabrında tanıdılacaq iPhone 7 ən çox maraq edilən iPhone-lardan biridir.

Galaxy S7

Samsung-un Galaxy S7 telefonu Edge modellərində olduğu kimi qövslü kənarlara sahib ekrana, inkişaf etdirilən 16 Megapiksel kameraya, Exynos 8890 və Snapdragon 820 prosessora və 4 GB RAM xüsusiyyətlərinə malik olacaq. Galaxy S6 kimi sürətli enerji, kabelsiz enerji toplamaq, inkişaf etmiş barmaq izi oxuyucusu və Samsung Pay kimi xüsusiyyətləri ilə tanıdılacaq.

Galaxy S7-nin 2016-cı ildə tanıdılması gözlənilir.

Galaxy Note 6

Galaxy Note 6 modeli 21 Megapiksel kamera, Exynos 8890 və Snapdragon 820 prosessor, 5 GB RAM kimi xüsusiyyətləri ilə təqdim ediləcək.

Samsung Galaxy Note 6-nın təqdimat tarixi üçün  dəqiq məlumat olmasa da, modelin 2016-cı ildə tanıdılması  gözlənilir.

LG G5

LG V10  ilə oxşar olacaq  LG G5-in güclü 5.5 düym ekran, 21 Megapiksel kamera, Snapdragon 820 və 4 GB RAM xüsusiyyətləri ilə tanıdılacağı gözlənilir. Eyni zamanda, illərdir 3000 mAh batareyaya üstünlük verən LG şirkəti Motorola G5 modelində batareya ölçüsünü artıra bilər.

Sony Xperia Z6

Sony Xperia Z6 modeli Z5-ə oxşar xüsusiyyətləri ilə təqdim oluna bilər. Ancaq Xperia Z5 ilə müqayisədə prosessorda Snapdragon 820 və 4 GB RAM dəyişikliklərinin olacağı gözlənilir.

HTC One M10

HTC-nin One A9 vs One X9 modelləri ilə böyük nisbətdə dəyişdirdiyi dizayn anlayışı ilə təqdim olunması gözlənilən HTC One M10 telefonunun Snapdragon 820 prosessor, 4 GB RAM, inkişaf etmiş kamera və barmaq izi oxuyucusu xüsusiyyətləri ilə satışa çıxarılacaq.

Microsoft Lumia 960

Microsoft Lumia 960 yeni nəsil prosessor, PureView kamera, barmaq izi oxuyucusu kimi xüsusiyyətləri ilə təqdim oluna bilər.

Meizu MX6

Meizu MX6 modeli 10 nüvəli Mediatek Helio X20 prosessor, 4 GB RAM, 21 Megapiksel arxa kamera, 8 Megapiksel ön kamera kimi xüsusiyyətləri ilə tanıdılacaq. Hələlik təqdimat tarixi və xüsusiyyətləri mövzusunda heç bir məlumat olmayan Meizu MX6 tənqid olunan Flyme interfeysində dəyişikliklər, inkişaf etmiş barmaq izi oxuyucusu kimi yenilikləri ilə bazara daxil olacaq.

Meizu PRO 6

Gələn il Exynos 8890 prosessoru ilə təqdim olunması gözlənilən Meizu PRO 6 modeli PRO 5 ilə müqayisədə prosessor və 5 GB RAM xüsusiyyətləri ilə fərqlənə bilər.

OnePlus 3

OnePlus 3 modeli Snapdragon 820, 5 GB RAM kimi xüsusiyyətlər ilə bazara çıxarıla bilər. Xüsusilə proqram mərkəzində inkişaflar olmasını gözlədiyimiz OnePlus 3 modelində, kameranın yanında bir çox xüsusiyyətdə yeniliklərin olacağı ehtimal edilir.

 

 

 Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə