HTC One M8 Windows 10-a keçiriləcək

15-04-2015 / 13:32

Tayvanlı texnologiya nəhəngi HTC tərəfindən verilən açıqlamaya görə, Windows Phone sistemini işlədən HTC One M8-lər Windows 10-a keçirilib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Microsoft-un mobil əməliyyat sistemini istifadə edən telefonlar istehsal edən HTC ötən il bazara çıxardığı admiral gəmisi ağıllı telefonu HTC One M8-in də Windows Phone əməliyyat sistemli bir versiyasını satışa qoyub. HTC One M8 istifadəçilərini sevindirəcək bir açıqlama yayan şirkət 2 il ərzində telefon üçün rəsmi dəstək alacağını bildirib. Telefon üçün yeniləmələr edən HTC Windows Phone əməliyyat sistemindən istifadə edən One M8-lərin Windows 10-a keçəcəklərini bildirib.

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.