HTC A53-ün xüsusiyyətləri internetə sızdırıldı

19-02-2015 / 12:10

Ağıllı telefon qrupunu zənginləşdirməyə davam edən “HTC Corporation”ın yeni orta səviyyə ağıllı telefonu HTC A53-ün xüsusiyyətləri internetə sızdırılıb.

Önümüzdəki ayın əvvəlində Barselonada keçiriləcək “Mobile World Congress 2015” çərçivəsində maraqla gözlənilən yeni ağıllı telefon HTC One M9-ı izləyicilərə çıxarmağa hazırlaşan tayvanlı telefon istehsalçısı ”HTC Corporation” “MWC 2015”in əvvəli ağıllı telefon portfelinə yeni məhsullar qatmağa davam edir. İnternetə sızdırılan yeni məlumatlar HTC-nin hələlik HTC A53 adıyla xatırlanan orta səviyyə yeni telefonunun gün üzünə çıxmasını təmin edib.

Upleaks hesabı tərəfindən internetə sızdırılan məlumatlara görə, HTC A53-ün xüsusiyyətləri arasında 2 GHz, səkkiz nüvəli, 64 bit MediaTek MT6795 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş, microSD yaddaş kartı dəstəyi, 13 megapiksel arxa kamera və 4 ultrapiksel ön kamera var.

İlk olaraq cüt SIM kartlı versiyasını Asiya ölkələrində satışa çıxarılacaq olan HTC A53-ün tək SİM kartlı versiyasının isə sonrakı aylarda Şimali Amerika və Avropada bazara çıxarılacağı bildirilir. A53-ün buraxılış tarixi hələ açıqlanmamış olsa da, telefonun önümüzdəki ay keçiriləcək “MWC 2015”də görünməsi çox da mümkün görünmür.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə