Previous Next
Bağla

İlk superkompüter istifadəyə verilib

17-07-2019 14:38
İlk superkompüter istifadəyə verilib

Portuqaliyada "BoB" adlı ilk superkompüter rəsmən istifadəyə verilib. O, Mino Universiteti nəzdində Qabaqcıl Hesablamalar Mərkəzində (Minho Advanced Computer Center, MACC) yerləşir. Superkompüter "MACC" Mərkəzi kimi əsasən günəş, külək və su elektrik stansiyalarından alınan "yaşıl" enerji ilə işləyəcək.

Xeberler.az bildirir ki, "BoB" Portuqaliya və Ostin Texas Universiteti arasında əməkdaşlıq çərçivəsində Portuqaliya Elm və Texnika Fonduna (FCT) verilən Texas Qabaqcıl Hesablamalar Mərkəzinin keçmiş "Stampede" superkompüterinin 20 dirəyindən ibarətdir. Səksən hesablama qovşağına malik superkompüterin yaddaş tutumu 2,6 terabayta, quraşdırılmış tutumu isə 1 petabayta bərabərdir. Superkompüterin ən yüksək məhsuldarlığı 1 petaflops olmaqla "Intel Xeon Phi KNL" prosessorları ilə təmin edilir.

2016-cı ilin iyununda "Stampede" 6400 qovşaqdan ibarət olub və TOP500 reytinqində 117-ci yeri tutub. Superkompüter "Stampede2" adlı yeni qurğunun inşası ilə əlaqədar 2017-ci ildə fəaliyyətini dayandırıb. Qeyd edək ki, "MACC" Mərkəzi bu yaxınlarda təsis edilib. Onun yaradılması ilə bağlı qərar Portuqaliya və Ostin Texas Universiteti arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunduqdan sonra qəbul edilib. Mərkəz 2020-ci ilin sonuna "Deucalion" adlı daha bir superkompüteri işə salmaq niyyətindədir. Onun hesablama məhsuldarlığının 9,4 petaflopsa çatacağı gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çin yeni superkompüter yaradır

23-01-2016

Çin superkompüter reytinqində liderdir

17-11-2017

Azərbaycan “X Milli Superkompüter Forumu”na qatılıb

01-12-2021

Dünyanın ən sürətli kompüteri hazırlanır

16-08-2019

Dünyanın sərt disksiz ilk kompüteri hazırlanır

05-11-2013

Dünyanın ən güclü superkompüterləri - Siyahı

17-07-2015

"Meta” dünyanın ən güclü superkompüterini yaradıb

26-01-2022

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

06-09-2025

Superkompüterlərə 1 milyard avro vəsait ayırılır

15-01-2018

Dünyanın ən sürətli superkompüteri hazırlanacaq

30-07-2015

Kainatın ən böyük virtual modeli yaradılıb

01-08-2017

Plastik kart ölçüsündə superkompüter təqdim edilib

12-11-2015

Superkompüter ürək-damar sisteminin üçölçülü modelini yaradıb

30-03-2016

İlk superkompüter Qazaxıstana gətirilib

19-05-2025

Qazaxıstanda Orta Asiyanın ən güclü superkompüteri istifadəyə verilib

30-07-2025

Superkompüter Yeni il üçün ən populyar hədiyyələrin adını açıqlayıb

20-11-2015

Smartfonlar superkompüter olacaq

09-09-2016

Ölüm tarixini müəyyən edən superkompüter

20-09-2015

Microsoft-dan bulud abunəçiləri üçün yenilik

26-10-2017

Nazir: "Superkompüter innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək"

29-09-2025

NASA yeni superkompüter hazırlayıb

06-09-2019

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

Azərbaycanda superkompüter mərkəzi yaradılacaq

05-11-2025

“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

29-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə