Yunanıstanda süni intellekt texnologiyalarının inkişafı və elmi tədqiqatların aparılması üçün nəzərdə tutulan ilk milli superkompüter istifadəyə verilib.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, “Daedalus” adlanan superkompüterin rəsmi açılış mərasimində ölkənin Baş naziri Kiriakos Mitsotakis iştirak edib.
Ümumi dəyəri 58,9 milyon avro olan layihə ölkənin yüksəkməhsuldarlıqlı hesablama imkanlarının genişləndirilməsinə xidmət edir. Superkompüter süni intellekt modellərinin hazırlanması, böyükhəcmli məlumatların emalı və mürəkkəb elmi hesablamaların həyata keçirilməsi üçün nəzərdə tutulub.
Layihə Yunanıstanın rəqəmsal infrastrukturunun gücləndirilməsinə, elmi-tədqiqat müəssisələrinin texnoloji imkanlarının artırılmasına və innovasiya ekosisteminin inkişafına töhfə verəcək.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları