NVIDIA-nın prezidenti Cen-San Xuan bildirib ki, hazırda süni intellekt və maşıntəlimi sahəsi üzrə tədqiqatlar şirkətdə çalışan mühəndislərin diqqət mərkəzindədir.
Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, şirkət tərəfindən hazırlanmış süni intellektin hesablanması üçün Jetson TX1 adlı kiçikölçülü superkompüter təqdim edilib.
Ölçüsü 50x87 mm olan yeni kompüter plastik kredit kartını xatırladır. Jetson TX1 superkompüteri 1 teraflops məhsuldarlığa malik 256 nüvəli Maxwell GPU və 64 bitlik ARM A57 prosessorları, Wi-Fi modulları, həmçinin 4 Gb əməli yaddaş və 16 Gb daxili yaddaşla təchiz edilib.
2016-cı ilin birinci rübündə satışa çıxarılacaq qurğunun qiyməti 299 ABŞ dolları təşkil edəcək.
Cen-San Xuan hesab edir ki, şirkətdə hazırlanan yeni avadanlıq, həmçinin proqram təminatı maşın təliminin təcrübədə tətbiqini xeyli sadələşdirə və sürətləndirə biləcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri