“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

29-02-2012 / 17:02
Bu gün  Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

Multimedia Mərkəzinin direktoru, AİF-in prezidenti Osman Gündüz “İnformasiya Cəmiyyətinin Jurnalisti”  Layihəsinin yekunları ilə  bağlı məlumat verib. O, RİTN və Ultra şirkətinin dəstəyi ilə keçirilən Layihənin ölkədə informasiya quruculuğu prosesinə dəstək məqsədi daşıdığını bildirib.  Layihə çərçivəsində Jurnalistlər  üçün İnformasiya Cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli Treninqlərin keçirildiyini qeyd edib.  Təlimlərin  ölkənin İKT və media sahəsində  tanınmış  mütəxəssisləri tərəfindən aparıldığı bildirilib. O, həmçinin Layihə çərçivəsində   “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyası üzrə Müsabiqənin də  keçirildiyini qeyd edib.

RİTN-nin şöbə müdiri İsfəndiyar Əliyev ölkədə informasiya cəmiyyəti quruculuğunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək bu sahədə xeyli işlər görüldüyünü bildirib.  Bu baxımdan adı çəkilən Layihənin RİTN üçün də əhəmiyyət kəsb etdiyini vurğulayıb. İnformasiya cəmiyyəti ideyasının, İKT-nin üstünlüklərinin  geniş ictimaiyyətə çatdırılmasında medianın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Münsiflərin üzvləri BDU-nun kafedra müdiri Cahangir Məmmədli və  professor Qulu Məhərrəmli çıxış edərək Müsabiqəyə təqdim olunan yazıların əhəmiyyətini vurğulayıblar və Layihənin  ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna təkan  verəcəyini bildiriblər . Onlar  yazıların münsiflərə anonimlik gözlənilməklə göndərildiyi qeyd ediblər. Qiymətləndirmənin yekununda  Münsiflərin toplantısının da keçirildiyi vurğulanıb.

Tədbirdə ekspertlər Azər Həsrət və Seymur Kazımov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edərək jurnalistlərin peşəkarlığının artırılmasında keçirilən Təlimlərin, Müsabiqələrin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər və informasiya cəmiyyəti quruculuğuna təkan verən bu tip tədbirlərin davamlı olmasını arzulayıblar. Tədbirdə Layihə çərçivəsində təşkil olunan Treninqləri uğurla  başa vuran 20 nəfər jurnalistə Sertifikatlar təqdim olunub.

Təqdimat mərasimində “İnformasiya cəmiyyətinin ən yaxşı  jurnalisti” nominasiyaları üzrə  qaliblər  elan edilib.
 1-ci yeri Media Forum xəbər portalımın  əməkdaşı İsmayıl İsmayılov, 2-ci yeri “Mərkəz” qəzetinin əməkdaşı Səxavət Həmid və modern.az  saytının yazarı Fərəh Sabirqızı, 3-cü yeri isə Azadlıq qəzetinin əməkdaşı Gültəkin Knyazqızı və modern.az  saytının əməkdaşı Vüqar Haqverdiyev tutub.

Qaliblərə Diplomlar və  qiymətli hədiyyələr təqdim olunub.

Layihə  RİTN və ULTRA şirkətlərinin dəstəyi ilə həyata keçirilib.
Layihə haqqında geniş məlumat www.cit.az saytında yerləşdirilib.   

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə