Previous Next
Bağla

İngiltərə və OpenAI strateji tərəfdaşlığa başlayır

24-07-2025 09:03
İngiltərə və OpenAI strateji tərəfdaşlığa başlayır

İngiltərə hökuməti və süni intellekt sahəsində qlobal lider olan OpenAI, süni intellekt təhlükəsizliyi üzrə birgə tədqiqatları genişləndirmək və ölkənin süni intellekt infrastrukturu, o cümlədən məlumat mərkəzlərinə investisiya yatırmaq məqsədilə yeni strateji əməkdaşlıq sazişi imzalayıb.

Xeberler.az bildirir ki, texnologiyalar üzrə nazir Piter Kayl bu əməkdaşlığı “ölkədə görmək istədiyimiz dəyişikliklər üçün süni intellektin əsas vasitə olacağı” kimi qiymətləndirib. O vurğulayıb ki, bu texnologiya səhiyyənin (NHS) təkmilləşdirilməsindən tutmuş iqtisadi artıma və sosial imkanlara çıxışın artırılmasına qədər geniş sahələrdə həlledici rol oynayacaq.

Nazir əlavə edib: “Bu dəyişikliklər, süni intellekt inqilabını irəli aparan OpenAI kimi şirkətlərsiz mümkün olmazdı. Bu əməkdaşlıq sayəsində onların fəaliyyətinin daha böyük hissəsi Birləşmiş Krallıqda həyata keçiriləcək.”

Hökumət növbəti beş il ərzində dövlətə məxsus hesablama gücünü 20 dəfə artırmağı və süni intellektin inkişafı üçün 1 milyard funt sterlinq investisiya yatırmağı planlaşdırır.

Tərəfdaşlıq çərçivəsində OpenAI Londondakı ofisini genişləndirəcək və ölkədə süni intellektin ədalət, müdafiə, təhlükəsizlik və təhsil texnologiyaları sahəsində tətbiqi istiqamətində araşdırmalar aparacaq.

OpenAI-nin baş direktoru Sem Altman isə Birləşmiş Krallığın süni intellekt texnologiyalarının potensialını ilk dərk edən ölkələrdən biri olduğunu bildirib və Baş nazir Keir Starmer-in ölkəni süni intellekt üzrə “super güc”ə çevirməyi hədəfləyən “Süni İntellekt İmkanları Fəaliyyət Planı”nı yüksək qiymətləndirib.

İngiltərə hökuməti hesab edir ki, süni intellekt texnologiyaları illik məhsuldarlığı 1.5% artıraraq, on il ərzində hər il 47 milyard funt sterlinq əlavə gəlir gətirə bilər.

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Britaniya süni intellekti dövlət xidmətlərində tətbiq edəcək

22-07-2025

"OpenAI" "Oracle" ilə müqavilə imzalayıb

11-09-2025

Azərbaycan "OpenAI" ilə birgə əməkdaşlığı müzakirə edib

13-12-2025

NVIDIA və OpenAI strateji razılaşma imzalayıblar

24-09-2025

OpenAI GPT-5 modelini istifadəyə verəcək

26-07-2025

OpenAI Cənubi Koreyada ofis açacaq

27-05-2025

ABŞ Böyük Britaniyanın texnologiya sektoruna sərmayə qoyacaq

17-09-2025

"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıb

04-11-2025

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

OpenAI Pentaqonla əməkdaşlıq edə bilər

11-04-2025

OpenAI BƏƏ-də böyük süni intellekt mərkəzi quracaq

19-05-2025

"OpenAI"nin illik gəliri 10 milyard dollara çatıb

10-06-2025

OpenAI “Windsurf”u almağa hazırlaşır

21-04-2025

Yaponiya şirkəti süni intellekt parklarına 1 trilyon dollar sərmayə ayırıb

29-03-2025

Qazaxıstan süni intellekti dövlət idarəçiliyinə inteqrasiya edir

29-01-2025

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025

Britaniya Müdafiə Nazirliyi süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək

29-05-2025

ABŞ-də süni intellektin inkişafına sərmayə qoyacaq şirkət yaradılacaq

22-01-2025

“OpenAI” “Statsig” startapını satın alır

04-09-2025

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025

"OpenAI" "Chat.com" domenini alıb

07-11-2024

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

10-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə