Previous Next
Bağla

Qazaxıstan süni intellekti dövlət idarəçiliyinə inteqrasiya edir

29-01-2025 19:01
Qazaxıstan süni intellekti dövlət idarəçiliyinə inteqrasiya edir

Qazaxıstan hökuməti sosial müdafiə, ekoloji və sənaye sahələrində süni intellektdən istifadə edir.

Xeberler.az məlumat verir ki, Qazaxıstanın Baş naziri Olcas Bektənov ölkədə rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi ilə bağlı hökumətin geniş iclasında məlumat verib. Onun sözlərinə görə, hazırda sosial müdafiə, ekoloji məsələlər, fövqəladə hallar və sənaye sahələrində böyük verilənlər əsasında qərar qəbul etmə prosesində süni intellektdən istifadə olunur.

Bektənov 2024-cü ildə dövlət xidmətlərinin göstərilməsi prosesində süni intellekt əsaslı virtual köməkçinin tam şəkildə istifadəyə veriləcəyini açıqlayıb. Bu sistem vətəndaşlara müraciət etdikləri hallarda onların vəziyyətinə uyğun olaraq lazımi xidmətləri təklif edəcək və izah edəcək.

Baş nazir, həmçinin Qazaxıstanın ilk yerli süni intellekt dil modeli "KazLLM"-in yaradıldığını bildirib. Bundan əlavə, "AI-Sana" proqramı çərçivəsində bu il 100 min tələbəyə süni intellektin iqtisadi sahələrdə tətbiqi üzrə praktiki biliklər öyrədiləcək.

Ölkənin 20 universitetində süni intellekt sahəsində mütəxəssis hazırlığına start verilib və "Bolashaq" proqramı çərçivəsində bu sahə üzrə ayrıca kvota ayrılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektin inkişafının sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, süni intellekt elementlərinin elektron hökumət sisteminə inteqrasiya edilməsini və "Ağıllı Şəhər" ("Smart City") layihələrində geniş istifadə olunmasını vacib hesab edir.

Dövlət başçısının sözlərinə görə, hökumət rəqəmsallaşma və süni intellektin tətbiqi üçün vahid sistem yaratmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qazaxıstanda Süni İntellekt Nazirliyi yaradılacaq

08-09-2025

Qazaxıstanda Milli Süni İntellekt Mərkəzi yaradılacaq

02-09-2024

Qazaxıstan məktəblərində süni intellekt tətbiq olunacaq

12-05-2026

Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib

04-05-2026

Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

20-11-2025

Tokayev: “Qazaxıstan İT xidmətlərinin ixracını 1 milyard dollara çatdırmağı planlaşdırır”

12-12-2023

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

24-10-2025

Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

18-02-2026

Qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır

03-02-2025

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək

04-02-2026

"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır

01-02-2025

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb

18-09-2025

Qazaxıstanda “Süni intellekt haqqında” Qanun qəbul edilib

17-11-2025

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025

BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

22-04-2026

Si Cinpin: Süni intellekt görünməmiş risklər və problemlər yaradır

26-04-2025

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025

İngiltərə və OpenAI strateji tərəfdaşlığa başlayır

24-07-2025

“Süni intellekt və beynəlxalq hüquq” konfransı keçirilib

04-12-2025

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025

Prezident: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

11-02-2026

Süni intellekt 2,3 milyon yeni iş yeri yaradacaq

20-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə