Previous Next
Bağla

"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

29-09-2025 21:20
"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

“INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb.

Xeberler.az məlumat verir ki, “PAŞA Holdinq”in təşkilatçılığı ilə təşkil olunan iki gün davam edəcək sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq sahələrinə toxunulur.

“INMerge” Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan siyasətçiləri, korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirir. Sammit 5 mindən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradır.

Builki proqram fintex və məsuliyyətli bankçılıqdan tutmuş data və süni intellekt, “Sənaye 4.0”, telekom, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz əsas istiqaməti əhatə edir. Bu gün ərzində “Pixar” şirkətindən Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna kimi tanınmış qlobal fikir liderləri biznes və texnologiyanın gələcəyini formalaşdıran fikirlərini bölüşüblər.

Açılış mərasimində dövlət rəsmilərindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, və “PAŞA Holdinq”in innovasiyalar üzrə rəhbəri Tuğra Musayeva çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətini vurğulayıb: “Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını iqtisadi şaxələndirmə təşkil edir. Buna misal olaraq, neft və qazdan asılılığın azaldılmasını, qeyri-neft iqtisadiyyatının dinamik və dayanıqlı inkişafının təşviq olunmasını göstərmək olar”.

Nazir bildirib ki, məhz bu istiqamətdə atılan addımlar nəticəsində ölkəyə 344 milyard ABŞ dollarından çox investisiya cəlb olunub ki, bunun da 210 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge” Sammitini "Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu" adlandıraraq, tədbirin regional əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, son 5 ildə “INMerge” kiçik bir korporativ tədbirdən bölgənin müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirən böyük tədbirə çevrilib. Cəlal Qasımovun sözlərinə görə, sammit iştirakçılara ilham verməklə yanaşı, təhsil və bilik mübadiləsi baxımından da əhəmiyyətlidir: “Dünya heç vaxt indiki qədər sürətlə dəyişməyib. Belə bir mühitdə öyrənməyə açıq olmaq, maraqlı qalmaq və “öyrəndiklərini unudub yenidən öyrənmək” bacarığı həyati əhəmiyyət daşıyır. Təşkilatlar və fərdlər resurs və ya ideya çatışmazlığından deyil, öyrənməyi dayandırdıqları zaman geri qalırlar”.

Birinci günün son panel müzakirəsi biliyin milli inkişafa çevrilməsinin əhəmiyyətinə həsr olunub. Elm və təhsil naziri Emin Əmrullayev, “PAŞA Holdinq”in baş icraçı direktorunun müavini Dəyanət Sədullayev və Harvard Biznes Məktəbinin professoru Tarun Xana təhsilin sahibkarlığı təşviq etməsi, innovasiyaları hərəkətə gətirməsi və davamlı milli inkişafa töhfələr verməsi barədə fikirlərini bölüşüblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“INMerge” İnnovasiya Sammiti başa çatıb

“INMerge” İnnovasiya Sammiti başa çatıb

30-09-2025
“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

20-09-2024
Cəlal Qasımov: "INMerge" - Mərkəzi Asiyanın əsas innovasiya hadisəsidir"

Cəlal Qasımov: "INMerge" - Mərkəzi Asiyanın əsas innovasiya hadisəsidir"

29-09-2025
"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq

"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq

23-09-2024
Cəlal Qasımov: "INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər üçün mühüm əhəmiyyət kəsb edir"

Cəlal Qasımov: "INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər üçün mühüm əhəmiyyət kəsb edir"

11-10-2024
İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023
“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023
“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023
InMerge Innovation Summiti baş tutacaq

InMerge Innovation Summiti baş tutacaq

03-11-2023
“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

30-08-2024
4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

25-09-2024
Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

12-10-2024
IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Memorandum imzalanıb

IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Memorandum imzalanıb

28-04-2026
Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025
Bu gün “INMerge” İnnovasiya Sammiti işinə başlayır

Bu gün “INMerge” İnnovasiya Sammiti işinə başlayır

29-09-2025
Bakıda “INMerge” innovasiya sammiti davam edir

Bakıda “INMerge” innovasiya sammiti davam edir

11-10-2024
Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir

Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir

10-10-2024
 “InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

“InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

12-09-2024
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025
"Süni intellekt səmərəliliyi artırır, amma idarəetmədə liderlərin rolu böyükdür"

"Süni intellekt səmərəliliyi artırır, amma idarəetmədə liderlərin rolu böyükdür"

11-10-2024
Ölkənin ilk vençur kapital fondu yaradıldı

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022
Nazir: "Superkompüter innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək"

Nazir: "Superkompüter innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək"

29-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə