Previous Next
Bağla

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022 18:39
Ölkənin ilk vençur kapital fondu yaradıldı

Azərbaycanın ilk Vençur Kapital Fondu – “Caucasus Ventures MMC” Kommandit Ortaqlığı yaradılıb.

Xeberler.az-a daxil olan məlumata görə, Fonda Kərimov Məmməd Paşa oğlu (Məmməd Kərim) rəhbərlik edəcək. Bu barədə Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatda bildirilir.

Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir.

“Caucasus Ventures” vençur fondu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılıb.

Bununla bağlı ilkin məlumatda qeyd edilirdi ki, sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər.

Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.

Lakin ilkin olaraq onun nizamnamə kapitalı 1 000 manat kimi rəsmiləşib.

Fond (VÖEN: 2007730101), Bakı şəhəri Xətai rayonu, Ağ Şəhər ev.13 m.36-da dövlət qeydiyyatına alınıb.

Bundan öncə isə eyni ünvanda “Caucasus Ventures” MMC təsis edilmişdi.

Azərbaycanın vençur fondu “Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatırmalıdır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən əməkdaşlıqla bağlı bildirmişdi ki, vençur fond innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq.

“PAŞA Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov holdinqin öz tərəfindən fondun uğurlu olması üçün “lazımi dəstəyi əsirgəməyəcəyini” bildirmişdi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024

Azərbaycanda vençur kapital fondu yaradılıb

29-11-2022

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

26-10-2023

"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

29-11-2022

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024

“Boğaziçi Ventures” vençur fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açıb

15-09-2020

Məmməd Kərim: “Unicorn"u hədəf götürmək əvəzinə texnoloji yeniliklərə cavab verən startaplar hazırlamalıyıq

26-10-2023

SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu artırılıb

29-07-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025

"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

20-11-2020

Nazir açıqladı-Startaplarla bağlı əhəmiyyətli yeniliklər olacaq

29-11-2022

İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

01-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə