Previous Next
Bağla

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023 16:02
İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

 

Bakıda keçirilən "InMerge Innovation Summit"i çərçivəsində İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, SOCAR və “PAŞA Holdinq” arasında Azərbaycanda İnnovasiya və Startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az  xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən imzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, SOCAR prezidenti Rövşən Nəcəf, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov iştirak ediblər.

Sənədə əsasən tərəflər innovasiya və startap ekosisteminin inkişafı üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya mərhələsində olan startapların inkişafı üçün inkubasiya proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək. Bundan başqa, startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının keçirilməsi, təhsil müəssisələrində korporativ mühitə addım atmaq istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə “Sahibkarlığa Giriş” üzrə təlimlərin və innovasiya və startap ekosisteminin təbliği üçün “Bakı İnvestisiya Günü” (“Baku ID”) tədbirinin keçirilməsi istiqamətində razılığa gəlinib.

Anlaşma Memorandumunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliynin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və “PAŞA Holdinq”in İnnovasiyalar şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Memorandum imzalanıb

28-04-2026

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

İnnovasiyaların və startapların inkişafına dair memorandum çərçivəsində layihələr razılaşdırılır

27-03-2024

4SIM və AİPA Anlaşma Memorandumu imzalayıb

29-09-2025

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025

InMerge Innovation Summiti baş tutacaq

03-11-2023

“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

20-09-2024

BANM və 4SİM arasında Anlaşma Memorandumu imzalanıb

14-04-2025

"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq

23-09-2024

4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

25-09-2024

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb

11-09-2024

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

12-10-2024

Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

05-12-2023

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

27-06-2024

"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

29-09-2025

“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

30-08-2024

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə