Previous Next
Bağla

Instagram-a yeni emojilər gəldi

21-12-2016 11:37
Instagram-a yeni emojilər gəldi

Instagram tətbiqi yeniləndi.

Xeberler.az-ın məlumatına görə, şirkət bu yeniliyi dünən axşam öz rəsmi səhifəsi və bloqu üzərindən paylaşıb.

Belə ki, xüsusilə “Instagram Stories ("Instagram hekayələri” olaraq adlandırılan hissəsini maraqlandıran bu yenilik istifadəçilərin çəkdiyi fotoşəkillərə müxtəlif emojilər əlavə etməyə imkan verir. Bununla da, artıq “Instagram Hekayələri” daha da rəngli və maraqlı olacaq.  

Instagram-a gələn yeni emojilər arasında arasında eynilə Snapchat tətbiqində olduğu kimi hava temperaturunu, saatı, məkan məlumatını paylaşmaq  və yaxud da sistemdəki digər yeni emojiləri istifadə etmək mümkündür.

Qeyd edək ki, şirkət bu emojiləri Yeni ilə özəl olaraq dizayn edib.

Aylıq aktiv istifadəçi sayı 600 milyonu keçən Instagram gətirdiyi bu yeniliyi ilə  sektorda  rəqiblərindən daha iddialı olduğunu bir daha  sübut etmiş oldu. 

Günel 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə