WhatsApp, Facebook və Instagram birləşir?

08-01-2018 / 16:04

Dünya mediasında WhatsApp, Facebook və Instagram bir-birinə inteqrasiya edilərək birləşəcəyi müzakirə edilir.

Bu iddiaların yaranması isə təsadüfi olmayıb.

Qeyd edildiyi kimi, ötən həftə Facebook “Hekayələr” bölümünə bir sıra yeniliklər gətirdi. Belə ki, Instagram hekayələri avtomatik olaraq Facebook-da paylaşılacaq.

Xeberler.az-ın məlumatına görə, indi isə Facebook bu funksiyanı WhatsApp-da da tətbiq etməyə hazırlaşır.

Hələlik test mərhələsində olan yenilik ilə Instagram hekayələrində paylaşılan məzmunları avtomatik olaraq Facebook və WhatsApp-da yayılmamaq mümkün olacaq.

Bu xidmətin yaxın vaxtda bütün istifadəçilərə təqdim edilməsi gözlənilir.

Günel

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə