Instagram Stories-dən istifadə sayı 200 milyonu keçdi

14-04-2017 / 12:36

Instagram rəsmi bloqu vasitəsi ilə tətbiqə gələn yenilikləri açıqlayıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki,  yeniliklərdə  şirkət “Instagram sticker”  adı verilən emojilər funksiyasını inkişaf etdirərək, Instagram kamerası üzərindən daha yaradıcı məzmunlar yarada bilmək imkanı təqdim edib.

Instagram bloq yazısında Instagram Stories ilə əlaqədar əhəmiyyətli bir məlumatı da bölüşüb. Belə ki, açıqlamada hər gün 200 milyondan çox insanın  Instagram Stories-ni istifadə edərək, anlıq paylaşımlarını buradan həyata keçirdiyi qeyd edilib.

Instagram-a gələn bir digər xüsusiyyət isə “geosticker”  adı verilən coğrafi əsaslı emojilərdir. Şirkət qeyd edib ki,  Çikaqo,  London, Madrid və Tokio kimi  şəhərləri üçün yaradılan şəhər emojilərini də yeniləyəcək.

Tətbiqdə yeniləmələri 10.16 versiyası ilə AppStore platformasından, 10.16.1 versiyası ilə isə Google Play-dən yükləmək mümkündür. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə