Instagram-dan daha bir yenilik

02-11-2015 / 14:09

Instagram  Twitter və Snapchat ilə mübarizə aparmaq üçün  yeniliyə imza atıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, hələlik ABŞ-da istifadəçilərə təqdim edilən yeni funksiyada artıq Instagram-da  tədbirlərə özəl video kanalı yer alacaq.

Belə ki, video kanal  ‘kəşfet’ bölümü  daxilində önəmli tədbirlər üçün ayrılan  xüsusi bir bölmədir. Bölmədə Instagram-da  müəyyən bir həştəqlə  göndərilən videoları bir araya toplanır.

Bu bölümdə önə  çıxarılan  məqamlar isə  Instagram tərəfindən araşdırılıb, seçilir. Həmçinin Instagram-ın bu bölümə reklam qəbul edəcəyi də gözlənilir.

Qeyd edək ki, sosial platforma ilk dəfə  Cadılar Bayramı (Hallowen) ilə  bu xidmətini  istifadəyə verib.

Xidmətin Instagram-ın gəlirlərini artıracağı iddia edilir. 

Qeyd edək ki, aktual  reaklamlara görə Instagram 400 milyon aktiv istifadəçiyə sahibdir  və platforma üzərindən gündə 80 milyon şəkil paylaşılır.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə