“İnstagram” video məzmun yaradıcıları üçün yeni proqram olan “Edits”i təqdim etməyə hazırlaşır. “Meta”nın bu yeni proqramı mobil telefonlardan peşəkar səviyyəli videolar yaratmağa imkan verən yaradıcı alətlərin tam dəsti kimi təqdim olunur.
Xeberler.az bildirir ki, ABŞ-da “TikTok” və “CapCut”ın yaşadığı hüquqi problemlərdən sonra təqdim edilən yeni redaktə tətbiqi fevral ayında istifadəçilərin ixtiyarına veriləcək.
Qeyd edək ki, Çinin ana şirkəti “ByteDance”in bir hissəsi olan “TikTok” sosial şəbəkə tətbiqi ilə mobil video montaj tətbiqi “CapCut” arasında hüquqi dava ABŞ-da davam edərkən, “İnstagram” prezidenti Adam Mosseri sosial şəbəkəsində yayımladığı videoda yeni hazırlanmış tətbiqi təqdim edib. Sosial media hesabında Mosseri:
“Hal-hazırda, internetdə 100% video redaktə proqramları var, amma nə olursa olsun, biz ən cəlbedici alətləri yaratmağı öz vəzifəmiz hesab edirik. Bu, tək “Instagram” üçün deyil, bütün platformalar üçün, video çəkən hamınız üçün nəzərdə tutulub”- yazıb.
Mosseri “Edits”in sadəcə bir video redaktə vasitəsi olmadığını vurğulayaraq, tətbiqin mobil telefonlar vasitəsilə video yaratmağa imkan verən tam yaradıcı alətlər dəsti olaraq nəzərdə tutulduğunu bildirib. Fevral ayında buraxılışı planlaşdırılan tətbiqin təqdimat tarixi 13 Mart olaraq qeyd edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri