Twitter-dən yenilik

10-04-2015 / 11:50

Mobil platformalardakı tətbiqlərini davamlı yeniləyən yeni xüsusiyyətlər ilə istifadəçilərinin qarşısına çıxan Twitter yeni xüsusiyyətini təqdim etdi. iPhone 5s ilə başlayan yavaş çəkim video bolluğu bədii videoların ortaya çıxmasını təmin etdi.

Ağır videolarını video paylaşma platformalarına yükləmək istəyən istifadəçilər ilk zamanlarda videolarının ağır çəkiliş xüsusiyyətini itirərək normal olaraq yüklənməsindən ötəri problem yaşamışdı. Daha sonra video paylaşma platformaları ağır çəkiliş xüsusiyyəti dəstəyi ilə özlərini yeniləmişdi.

Beləliklə, ağır çəkiliş videolara bir dəstək də Twitterdən gəldi. Qısa bir müddət əvvəl video yükləməyə imkan tanıyan Twitter, indi də ağır çəkiliş videolarını birbaşa olaraq yüklənmə dəstəyini təmin edir. (Slo-Mo) ilə çəkilən videolar artıq mobil cihazlardan birbaşa olaraq Twitterə yüklənə bilir.

Bu xüsusiyyət hələlik yalnız iPhone 5S, iPhone 6 və iPhone 6 Plus istifadəçilərinə təqdim edilir. Yaxın günlərdə ağır çəkiliş video yükləmə dəstəyinin Android cihazlara da təqdim ediləcəyi gözlənilir.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə