Previous Next
Bağla

Telefonda videonu necə redaktə etmək olar?

13-11-2015 11:00
Telefonda videonu necə redaktə etmək olar?

Smartfonların video və şəkil çəkmək funksiyası  günü-gündən daha keyfiyyətli olur. Bu isə rəqəmsal fotoaparatlara olan marağı azaldır. 

Smartfon kameralarının istifadəçiyə təqdim etdiyi ən böyük üstünlüklərdən biri çəkdiyiniz şəkil və video üzərində qısa zamanda düzəlişlər etmə imkanıdır.

Xeberler.az olaraq mobil telefonlarda asanlıqla istifadə edəcəyiniz video redaktə mobil tətbiqlərini təqdim edirik.

VivaVideo: Free Video Editor

VivaVideo Android və iOS əməliyyat sistemli ağıllı telefonlarda tez-tez istifadə olunan video redaktə proqramlarından biridir. Sistem video kəsmə və birləşdirmə imkanına malikdir. Həmçinin, mobil tətbiqdə istifadəsi asan olan video redaktə vasitələri yer alır. Bu mobil tətbiqin köməyi ilə videoları mətn, FX, emosiya, musiqi, effekt və canlı dublajlarla zənginləşdirə bilərsiniz.

 

VideoShow: Video Editor &Maker

VideoShow Android və iOS əməliyyat sistemli cihazlarda video redaktə təcrübəsi qazanmaq istəyənlər üçün yaradılmış proqramdır. Çox az əməliyyat yerinə yetirməklə şəkil və videolarınızdan ibarət videolar düzəldə bilərsiniz.  Mobil tətbiq tamamilə ödənişsizdir. Videolarınızın daha yaxşı olması üçün mətn və effektlərdən istifadə edə bilərsiniz.

 

WeVideo Video Editor

WeVideo Video Editor ilə mükəmməl filmlər, foto hekayələr və slayd materiallar hazırlayıb sosial şəbəkələrdə paylaşa bilərsiniz. Bu mobil tətbiqin köməyi ilə video kəsmək, bir layihəyə çox sayda video, şəkil əlavə etmək, müsiqidən istifadə etmək mümkündür. Həmçinin, proqramın daxilində olan hazır mövzu və səs effektləri maraqlı videolar hazırlamağınıza kömək edəcək. Mobil tətbiq həm Android, həm də iOS istifadəçiləri üçün ödənişsizdir.

 

iMovie

Video redaktə proqramları arasında ən asan istifadə edə biləcəyiniz mobil tətbiqdir. Bu proqramın köməyi ilə videoları çəkdiyiniz xronoloji ardıcıllıqla sıralaya, effekt verə və kadrları daha asan tapa biləcəksiniz. iMovie mobil tətbiqi iOS əməliyyət sistemində daha məşhurdur.

 

 

Magisto Video Editor & Maker

Magisto Video Editor & Maker ağıllı telefonunuzda şəkil və video redaktə etmə, seçdiyiniz musiqiləri istifadə etmə, qrafik və effektlər əlavə edərək daha yaxşı video hazırlamaq imkanı yaradır.  AndroidiOS əməliyyat sistemli telefonlar üçün proqram ödənişsizdir. Əlavə özəlliklərdən istifadə etmək istəsəniz ödənişli versiyanı yükləyə bilərsiniz.

 

 Sevinc Əsədova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fotonu mobil telefonda necə redaktə etməli ?

18-08-2015

“İnstagram”ın yeni Video Redaktə Tətbiqi təqdim edilib

22-01-2025

YouTube-da daxili çat istifadəyə verilib

08-08-2017

Facebook-dan yeni əyləncəli xidmət-Video

28-06-2016

Kompüterdən Instagam-a necə şəkil yükləmək olar?

18-02-2016

360 dərəcəlik video izləmə funksiyası təqdim olundu

16-03-2015

Yeni proqramla telefonda konfrans təşkil etmək mümkündür

19-10-2015

Ən yaxşı selfie proqramları

09-07-2015

Əyləncəli mobil tətbiqlərimiz

05-08-2015

Microsoft Bing video platformasını genişləndirdi

13-11-2009

WhatsApp-dan iOS üçün yenilik

20-10-2016

Son dövrün “yüksələn ulduzu”-Dublyaj proqramları

09-01-2015

Apple ilin ən yaxşılarını seçib

10-12-2014

Twitter istifadəçilərinə şad xəbər

02-02-2015

Apple Android mobil tətbiqini təqdim etdi

17-09-2015

Mobil tətbiqləri olan tanınmışlar

13-08-2015

WhatsApp videozəng funksiyasını istifadəyə verdi-Rəsmi

15-11-2016

14 Megapiksel mobil cihazlar satışda olacaq

07-01-2010

“Google” onlayn rejimdə sənədlərin redaktə olunması üzrə mobil versiyasını təqdim edib

19-11-2010

Twitter-dən yenilik

10-04-2015

Andorid telefonlar üçün ən yaxşı musiqi yükləmə proqramları

30-01-2016

Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

01-06-2022

Google-dan iPhone istifadəçiləri üçün yeni klaviatura- Video

13-05-2016

YouTube ödənişli video xidmətinə başlayacaq

09-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə