Previous Next
Bağla

"İnternet media ilə bağlı ayrıca qanun qəbul olunmalıdır"

01-10-2018 15:22
"İnternet media ilə bağlı ayrıca qanun qəbul olunmalıdır"

2016-cı ildən ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq edilir. Bu zaman Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarına istinad olunur. İş burasındadır ki, vaxtilə həmin qərara əsasən də ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı ƏDV-dən azad idi. Halbuki məsələnin qərara salınması düzgün deyildi”.

Xeberler.az  Azadinform-a istiandən məlumat verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında millət vəkili Əflatun Amaşov deyib.

O bildirib ki, Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələrində idxal olunan KİV məhsullarının ƏDV-dən azad olduğu vurğulanırdı ki, ziddiyyət də bundadır: “Nə üçün ƏDV Vergi Məcəlləsi qala-qala Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur? Yaxşı olar ki, qanunvericilik planında biz bu məsələyə də diqqət yetirək. İstərdim ki, bizim qəbul etdiyimiz qanunları heç bir icra strukturu özünün mənafeyinə uyğun yozub istifadə etməsin”.

Deputat onlayn media ilə bağlı da danışıb. İnternetin cəmiyyətə təsirinin danılmaz, qanunvericiliyin də buna adekvat olaraq inkişaf etdiyini vurğulayan Ə. Amaşov deyib ki, ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirilib: 

“Faydalı dəyişikliklərdən biri kimi mən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalıdır. Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, deməli, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də biz internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olaq. Məsələ bu günümüz üçün çox vacibdir”.

İnformasiya təhlükəsizliyi ilə bağlı danışan millət vəkili deyib ki, müəyyən dövlət sənədlərində bu məsələ əksini tapır, lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır:

“Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 “İnformasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın qəbuluna ehtiyac var”

“İnformasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın qəbuluna ehtiyac var”

26-12-2015
Dövlət internet mediaya dəstək göstərəcək

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016
Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

07-12-2016
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını qəbul edib

Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını qəbul edib

19-06-2026
Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur

Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur

19-09-2022
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

19-12-2025
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

16-06-2026
Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

23-02-2016
 “Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017
Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021
Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019
“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad olunacaq

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad olunacaq

16-06-2023
MTRŞ: İnternet televiziya kanalları üçün iki tələb müəyyən olunub

MTRŞ: İnternet televiziya kanalları üçün iki tələb müəyyən olunub

17-06-2021
Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir

07-03-2023
İnternetlə bağlı qanunlara dəyişikliklər 1-ci oxunuşda qəbul edilib

İnternetlə bağlı qanunlara dəyişikliklər 1-ci oxunuşda qəbul edilib

10-03-2017
İnternetdə açıqlanan məlumatlarla bağlı yeni qaydalar hazırlanır

İnternetdə açıqlanan məlumatlarla bağlı yeni qaydalar hazırlanır

16-02-2017
Dövlət hansı saytlara maliyyə ayıracaq?

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016
Milli Məclis “Media haqqında” qanun layihəsini II oxunuşda qəbul edib

Milli Məclis “Media haqqında” qanun layihəsini II oxunuşda qəbul edib

20-12-2021
Kabel televiziyasına lisenziya lazımdırmı?

Kabel televiziyasına lisenziya lazımdırmı?

04-08-2009
Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

04-04-2023
Azərbaycana gətirilən birdən artıq mobil cihazın qeydiyyatı üçün rüsum alınacaq

Azərbaycana gətirilən birdən artıq mobil cihazın qeydiyyatı üçün rüsum alınacaq

21-11-2025
Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

19-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə