Previous Next
Bağla

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016 12:34
“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

Məlumat verdiyimiz kimi, Milli Məclisin dünən  keçirilən iclasında internet mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif səslənib.

Belə ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib ki bu gün cəmiyyətimizdə internet -onlayn media sürətlə inkişaf edir.

Əflatun Amaşov bildirib ki, internet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursu da maliyyə çətinlikləri ilə üzləşir. O təklif edib edib ki, bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır.

Millət vəkili həmçinin internet medianın hüquqi statusunun müəyyənləşdilməsinin vacib olduğunu da bildirib.

Əflatun Amaşovun dünənki təklifinə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a deyib ki, millət vəkilinin yanaşması doğrudur:

"Uzun müddətdir ki, bu istiqamətdə müzakirələr aparılır, təkliflər verilir, lakin hələ də bu məsələ öz həllini tapmayıb. Həqiqətən də indiki məqamda qəzetlərə dövlət dəstəyi mənasızdır. Hazırda bu doğru olmayan bir yanaşmadır. Təəssüf ki, uzun müddətdir bu tendensiya davam edir. İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”.

Onun sözlərinə görə, hazırki dövrdə dövlət internet mediaya daha çox diqqət ayırmalıdır:

“İndiki məqamda internet mediaya dövlət dəstəyi daha doğru addım olardı. Bəzən belə fikirlə rastlaşırıq ki internet media həm də biznes sahəsidir. Bu mahiyyətcə elə də doğru yanaşma deyil. Xəbər portalları ilk növbədə məhz media qurumudur. Kritik anlarda, ictimai rəyin fromalaşmasında, müəyyən ciddi proseslərin getdiyi bir zamanda əsas rolu məhz internet media oynayır. Yəni, hadisələrin operativ işıqlandırılması, ictimai rəyə təsir, informasiya mühitinin yaradılmasında internet medianın xidmətləri daha çox olur.  Düşünürəm ki internet medianın güclənməsi daha çox milli maraqlarımıza cavab verir”.

Osman Gündüz deyib ki, hökumətin internet mediaya dəstək göstərməməklə bağlı siyasəti həm strateji baxımdan, həm Azərbaycan maraqları baxımından qüsurludur:

“Biz bununla bağlı Prezident Aparatına da təkliflər vermişik, müzakirələr keçirmişik. Bu barədə ictimai rəy, ekspertlərin rəyi də belədir ki, internet mediaya dövlət dəstəyi məsələsi həll olunmalıdır.
Əslində, bir neçə il öncə ölkədə qəzetlər az qala ölüb- getməkdə idi. Sadəcə sosial medianın, yeni medianın inkişafı onlara ikinci bir nəfəs verdi. Belə ki, qəzetlər internetə, yeni mediaya inteqrasiya etməklə yeni auditoriya qazandı.  Hazırda mənim üçün bəlkə də  ən anlaşılmaz qalan məsələlərdən  biri dövlətin hansı prinsiplə, hansı maraqlarla qəzetlərə maliyyə ayırmasıdır. Düşünürəm ki, bu, heç bir perspektiv vəd etmir

Indiki maliyyə sıxıntılarının olduğu bir vaxtda isə bu addım  ümumiyyətlə anlaşımazdır. Daha doğru olardı ki bu redaksiyalar modernləşdirilsin, onlar mobil versiyalar üzərindən, yeni texnologiyalar vasitəsilə informasiya fəaliyyətlərini davam etdirsinlər Bu istqiamətdə dəstək daha doğru olardı".

İnternet medianın hüquqi statusunun müəyyən edilməsi, qanunla tənzimlənməsi məsələsinə gəlincə isə Osman Gündüz qeyd edib ki, qanunvericilikdə də bunun mexanizmini müəyyənləşdirmək mümkündür:

“Qanunvericiliyə görə, internet də KİV sayılır. Bizdə məhkəmə çəkişmələri zamanı da internet mediaya KİV haqqında qanunun tələbləri tətbiq olunub. Bu məsələ artıq öz həllini tapıb.
Burada müəyyən prosedur məsələləri ola bilər ki, onu təlimatlara əsasən tənzimləmək mümkündür. Əgər hökumətin internet mediaya dəstəklə bağlı bir müsbət yanaşması olarsa, ondan sonra bu prosesdə iştirak etmək istəyən internet media qurumlarına müəyyən könüllü tələblər qoyula bilər ki, əgər siz dövlətdən dəstək almaq istəyirsinizsə müəyyən şərtlərə əməl etməlisiniz. Yəni, hər hansı saytın ünvanı, koordinatları, redaksiya heyəti, telefonu, etik prinsipləri, nizamnaməsi və sair olmalıdır. Əsas da bu tip media qurumlarının öz kontenti olmalıdır. Hökumət belə bir tələblər irəli sürə bilər və bu da normaldır.
Bunu da biz Mətbuat Şurası ilə birgə hazırlaya bilərik. Vaxtilə biz bu istiqamətdə müəyyən addımlar atmışıq. Azərbaycan İnternet Forumu olaraq Mətbuat Şurası ilə birgə belə bir müzakirələr aparmışdıq ki, hökumətin bu tipli yanaşması olarsa, internet media orqanları ilə bağlı hər hansı şərtlər irəli sürülə bilər”.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

“Elektron mediaya maliyyə dəstəyi göstərilsin”

30-09-2016

Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

23-02-2016

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016

“Dövlət İnternet mediaya yardım edə bilər”

22-07-2015

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

Diqqətdən kənar media-internet media

27-07-2010

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

Dövlət hansı saytlara maliyyə ayıracaq? – Şərtlər

17-01-2018

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

Öz kontenti olan xəbər portalları dəstək ala biləcək

03-02-2016

“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

07-09-2016

“İnternet media üçün məsuliyyət yükü yoxdur”

16-06-2016

İnternet media ilə bağlı prezidentə təkliflər veriləcək

24-07-2015

Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

07-12-2016

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

"İnternet media ilə bağlı ayrıca qanun qəbul olunmalıdır"

01-10-2018

Gələcəkdə internet media dövlət tərəfindən dəstəklənə bilər

17-07-2012

Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı

14-02-2019

Azərbaycanda İnternet Media Mərkəzi (İMM) yarandı

07-09-2011

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə