Previous Next
Bağla

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016 17:54
Dövlət internet mediaya dəstək göstərəcək

 “Mətbuat Şurası da internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb. Ancaq ilk növbədə internet medianın statusu müəyyənləşməlidir".

Xeberler.az-ın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün qanunvericilik sənədlərində KİV qismində internet üzərindən yayımlanan informasiya daşıyıcıları da nəzərə alınmalıdır:

“Onların cəmiyyəti məlumatlandırma, ictimai rəyə təsir imkanlarına həssas yanaşılmalıdır. Yəni KİV dedikdə ənənəvi media vasitələri ilə yanaşı internet media resurslarının - xəbər saytlarının, internet TV-lərin, internet radioların və bloqların fəaliyyəti əsas götürülməlidir. Ayrıca qanunvericilikdə, konkret olaraq "Kütləvi informasiya vasitələri haqqında” Qanunda xəbər saytlarının, internet TV və radioların, bloqların statusuna aydınlıq gətirilməsi önəmlidir. Deyək ki, onların kütləvi informasiyalılıq dərəcəsi hesablanmalı, bunun üçün İP göstəriciləri, rekvizitlər və digər xüsusiyyətlər dəqiqləşməlidir. İctimai rəyə təsir yükünə malik informasiyanın yayılma effektivliyi və intensivliyi məsələsi də önəmlidir”.

Əflatun Amaşov deyib ki, bu baxımdan internet üzərindən yayımlanan sosial şəbəkələrin də roluna xüsusi diqqət yetirilməlidir.

Onun sözlərinə görə, təcrübə göstərir ki, cəmiyyətə, ayrı-ayrı cəmiyyət üzvlərinin durumuna mənfi və ya müsbət təsir göstərən bir çox informasiyalar ictimai rəyə məhz sosial şəbəkələrin profillərinin vasitəsilə ötürülür. Elə profil var ki, 3-5 min izləyiciyə malikdir:

“ Deməli, həmin profildə kütləvilik var. Yaydığı müsbət və ya mənfi fikir, yaxud link paylaşımı müəyyən insan kütləsinə yetişir. Hətta ola bilir ki, konkret şəxsi hədəfə alır. Əlbəttə, bu zaman məsuliyyət məsələsi ön plana çıxmalıdır. Nəzərə alaq ki, demokratik ortam heç də məsuliyyətsizlik mühiti deyil. Dünyanın bir çox qabaqcıl ölkələrində baxış məhz belədir. Buna görə Azərbaycanda da məsələnin hüquqi münasibətlər sistemində yer alması vacibdir. Ancaq mövcud istiqamətdə istər mexanizmin hazırlanmasına, istərsə də tətbiqinə son dərəcə həssas yanaşılmalıdır”.

Əflatun Amaşov bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırması məsələsinə də toxunub:

"Buna görə Milli Təhlükəsizlik Konsepsiyası və Milli Təhlükəsizlik haqqında Qanun qəbul edilmişdi. Lakin hesab edirəm ki, indiki durumdaayrıca informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilməlidir. Çünki informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi olsa da, onların təmin olunması metodları bir-birindən fərqlənir. Buna görə də məsələyə baxış konseptual olmalıdır. Düşünürəm ki, bütün bunların parlament səviyyəsində qaldırılmasının vaxtı çatıb”.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016

Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

23-02-2016

"İnternet media ilə bağlı ayrıca qanun qəbul olunmalıdır"

01-10-2018

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019

“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

07-09-2016

“İnformasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın qəbuluna ehtiyac var”

26-12-2015

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

“Dövlət İnternet mediaya yardım edə bilər”

22-07-2015

Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

07-12-2016

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

27-11-2010

Dövlət hansı saytlara maliyyə ayıracaq? – Şərtlər

17-01-2018

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014

“ RYTN ilə bağlı yayılan məlumatlar bəzi hallarda özünü doğrultmur”

20-11-2015

“Elektron mediaya maliyyə dəstəyi göstərilsin”

30-09-2016

Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı yeni qanun layihəsi təklif olunur

19-01-2017

Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

18-11-2015

“İnternet media üçün məsuliyyət yükü yoxdur”

16-06-2016

İnternet media ilə bağlı prezidentə təkliflər veriləcək

24-07-2015

Öz kontenti olan xəbər portalları dəstək ala biləcək

03-02-2016

“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

06-10-2009

İnternet medianın vəziyyəti müzakirə olundu

05-04-2013

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə