Previous Next
Bağla

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021 15:19
Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Sənəd bu gün parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb.

Xeberler.az bildirir ki, layihə barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.

Toplantıda Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin rəsmiləri və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edirlər.

Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Layihə 9 fəsil 78 maddədən ibarətdir.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər əksini tapıb.

Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib.

Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Məclis “Media haqqında” qanun layihəsini II oxunuşda qəbul edib

20-12-2021

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir

07-03-2023

Azərbaycanda informasiyadan istifadə qaydası təsdiqlənib

30-12-2021

Media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır

12-01-2023

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

21-11-2025

Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilir

07-03-2023

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

14-07-2025

Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verilib - FƏRMAN

08-02-2022

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

06-11-2025

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi

12-08-2022

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşib

01-08-2025

Media subyektinin təsis edilməsinə dair tələblər artırılır

02-07-2025

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzlidir

10-03-2026

Ekspertlər Milli Məclisə yeni təkliflər göndərib

27-12-2021

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

05-05-2026

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib

06-05-2025

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

02-07-2025

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

25-11-2024

“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqlənib

14-07-2025

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025

MTRŞ: İnternet televiziya kanalları üçün iki tələb müəyyən olunub

17-06-2021

Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur

02-07-2025

Milli mətbuatın 150 illik yubiley medalının təsis olunması qəbul edilib

03-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə