“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

04-12-2009 / 18:43

 Azərbaycanda “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində 2010-cu ildə ölkənin 30 rayonunda yeni təlimlər gerçəkləşəcək.

APA-nın məlumatına əsasən bunu “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı bu gün “I Milli İnternet-Forum - 2009”da çıxış edərkən deyib.

Bu günə kimi layihə çərçivəsində Azərbaycanın 40 yaxın rayonunda təlimlər keçirilib. Layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP şirkəti, “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, və bir sıra media şirkətlərdir.

Eyni zamanda C.Osmanlı 2010-cu ildə Azərbaycan internet məkanında bir sıra yeni layihələrin həyata keçiriləcəyini bildirib. Bu, Azərbaycana aid bütün resursları, elmi işləri özündə əks etdirən vahid resursun yaradılması, gənclər üçün elektron layihələrin hazırlanması və tətbiqi ilə bağlı yaradıcı mərkəzin təşkil edilməsi və digər layihələrdir.

C.Osmanlının sözlərinə görə, bütün bu tədbirlər Azərbaycan gənclərinin internetdə fəallığını və internet məkanında ölkəmizə qarşı sistemli şəkildə baş verən təxribatlara operativ reaksiya verməsini təmin etmək məqsədilə görülür.

Eyni zamanda “İRƏLİ” İctimai Birliyi regionlarda internetin, axtarış sistemlərinin istifadəsi üzrə maarifləndirmə işlərinin davam etdirmək niyyətindədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə