“Türkiyənin beynəlxalq aerokosmik və texnologiya festivalı – TEKNOFEST-in Azərbaycanda baş tutmasını dəstəkləyirik. Gələcəkdə bu tədbirin Azərbaycanda daimi keçirilməsi və eləcə də digər türk dövlətlərində təşkil edilməsi təşəbbüslərini dəyərləndiririk”.
Bunu TEKNOFEST-in İdarə Heyətinin üzvü, Türkiyə Texnologiya Komandası Fondunun koordinatoru İrem Bayraktar bildirib.
O deyib ki, TEKNOFEST-in texnologiya sahəsindəki müsabiqə iştirakçılarının böyük əksəriyyəti Türkiyədəndir, ikinci yeri isə Azərbaycan tutur:
“Azərbaycanda TEKNOFEST çərçivəsində 2022-ci “Take Off Baku” startap sammiti keçirdik. Əlbəttə, istərdik ki, texnologiyalar sahəsində olan fəaliyyətlər Azərbaycanda daimi olsun”.
İ.Bayraktar deyib ki, bu il keçirilmiş TEKNOFEST-ə bir milyon iştirakçı qatılıb:
“8-ci dəfədir keçirilən TEKNOFEST-i ilk dəfə 2018-ci ildə təşkil etdik. Əslində elə o vaxtdan 100-dən çox ölkədə bu layihəni gerçəkləşdirə biləcəyimizi müəyyən etdik. Əgər 2018-ci ildə bu tədbiri TEKNOFEST, Sənaye və Texnologiya Nazirliyi və 28 tərəfdar qurumla birlikdə təşkil etmişdiksə, hazırda 123 tərəfdaşımız var. Bu ilki TEKNOFEST-ə 44 fərqli kateqoriyada 3 min komanda, 12 min iştirakçı qatılıb. 2018-ci ildə qaliblərə 2 milyon lira mükafat təsis edilmişdisə, hazırda bu məbləğ 20 milyon lirədir”. (Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri