Previous Next
Bağla

Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

25-07-2023 10:24
Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

Bir neçə ildir ki Azərbaycanda rəqəmsal innovasiyaların, ümumiyyətlə, dövlət qurumlarında rəqəmsallaşmanın xidmətlərin və servislərin rəqəmsal mühitə keçirilməsi barədə böyük işlər görülür. Misal üçün “ağıllı şəhər”lər, “ağıllı kənd”lər, ənənəvi xidmətlərin rəqəmsal xidmətlərə keçirilməsi və bunun kimi bir sıra rəqəmsallaşma üzrə işlər gedir. Təbii ki, rəqəmsallaşma artdıqca ölkədə kibertəhlükələrin də həcmi artır. Bunlarla cəmiyyətdə artıq daha sıx qarşılaşırıq. Bu istiqamətdə kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsi, onların kvalifikasiya qazanması və işlə təmin olunması, ümumiyyətlə, Azərbaycanda kibertəhlükəsizliyin önəminin tam dərk olunması baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bu gün bu Mərkəzin ilk Məzun Günü baş tutdu.

Bunu açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.

O deyib: “Son illərdə ölkəmizdə baş verən hadisələrə nisbətən görürük ki, bir çox özəl sektorda kibertəhlükəsizlik üzrə kursların fəaliyyətə başlaması, həmçinin peşə kursları istiqamətində kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsi üzrə proqramların əlavə olunması və bir çox qurumların bunu dəstəkləməsi bizi çox sevindirir. Çox müsbət bir haldır ki, rəqəmsallaşma artdıqca buna adekvat olaraq kibertəhlükəsizlik mütəxsəssisləri yetişdirilir. Dövrə uyğun olaraq kiberdələduzlar da artacaq. Bunun üçün kibermütəxəssislərə böyük ehtiyac var”.

“Bütün dünyada dövləti və vətəndaşları kibertəhlükələrdən qorumaq üçün bu istiqamədtə CERT-lər fəalliyət göstərir. Bəzi ölkələrdə 24 və daha çox belə qurum var. Azərbaycanda aktiv olaraq 2 belə qurum mövcuddur – CERT.gov.az və CERT.az. Bu qurumlar kiberpolis rolunu oynayırlar. CERT.gov.az (Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) dövlət qurumlarına qarşı kiberhücumlara, CERT.az isə vətəndaşlara, bank və digər özəl sahələrə cavabdehlik daşıyırlar. Hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti milli kibertəhlükəsizlik istiqamətlərinin inkişaf etdirilməsinə öz dəstəyini göstərməkdədir”, - deyə E.Abbasov əlavə edib. (Azərtac) 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çexiyanın Milli CERT-i ilə ilk onlayn vörkşop təşkil olunub

27-08-2025

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023

"Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır"

14-06-2023

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

Azərbaycanda kibertəhlükəsizlik indeksinin tərtib olunması təklif edilir

26-04-2023

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

18-09-2025

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024

Dövlət qurumlarında kibertəhlükəsizliklə bağlı kadr çatışmazlığı var

25-09-2024

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025

İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

09-02-2026

“OIC-CERT” təşkilatı qlobal kibertəhlükəsizlik mükafatı üçün çağırış edir

03-08-2023

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə