Kompüter viruslarının ömrü 24 saat olur

19-08-2009 / 09:33

Həmişə antivirus proqramı yazanlarla virus yaradanlar arasında aramsız müharibə gedir. PandaLabs-ın araşdırmalarına görə, kompüter viruslarının yarıdan çoxunun ömrü 24 saatı keçmir.

Kəpənəklər kimi qısa ömürlü olan bu zərərli proqramlar çox təəssüf ki, anti-virus proqramları tərəfindən təsbit edildikləri üçün deyil, belə proqramlaşdırıldıqları üçün qısa ömürlüdürlər. Anti-virus proqramlarıyla hackerlar arasında amansız yarış davam etməkdədir.

Hackerlərin hazırladıqları virus adını tez-tez dəyişir, ilk yaradılıdığı kimi qalmır. Viruslar yayılmağa başladıqdan yalnız 24 saat sonra dəyişdirilmiş koda sahib bir başqa törəməsini internetə salırlar.

PandaLabs Texniki Direktoru Luis Corrons da belə deyir: “ Təəssüf ki, virus yazanlarla anti-virus yazanlar arasında gedən sonsuz yarışda hackerlər qələbə qazanır. Biz araşdırıb təsbit etmək və mübarizə etmək üçün zərərli proqramları ələ keçərmək məcburiyyətindəyik”.

PandaLabs 2008-ci ildə 18 milyon zərərli proqram nümunəsi tapıb. 2009 –cu ildə İyul ayınadək isə 30 milyon zərərli proqram aşkarlayıb. Araşdırmalara görə, hər gün 37.000 yeni virus, soxulcan və trojan meydana gəlir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə