Kompüterinizi virusdan qorumanın 10 yolu

29-01-2011 / 11:03

1) Kompüterinizə daxil olan virusların əksəriyyəti internetdə \"gəzərkən\" açdığınız popup reklamlar və ya linklər üzərindən gəlir. Buna görə də etibarlı olmayan saytlarda \"gəzərkən\" diqqətli olmalısınız. Sizi maraqlandırmayan reklamlar və linklər, istəyinizdən asılı olmayaq virus və zərərli proqramların kompüterinizə yüklənməsinə səbəb ola bilər.

2) Tanımadığınız mənbədən gələn emailləri açarkən diqqətli olun! Gələn məktubun içində olan hər hansı bir link və ya proqram siz məktubu açdığınızda dərhal aktivləşə bilər.

3) Elektron məktublar daxilində göndərilən əlavə faylların uzadılmalarında, klassik faylların əksinə ‘.exe\', ‘.com\', ‘.vbt\' kimi kodlar gördüyünüzdə bunları əsla açmayın. Bu cür uzadılmaya sahib olan faylların əksəriyyəti, cəsus proqramların və ya kompüter \"soxulcan\"larının aktiv hala keçməsini təmin edə bilər.

4) İnternet üzərindən yükləyəcəyiniz proqramları yalnız etibarlı saytlardan yükləyin. Proqramı yaradan şirkətin köməkçi məlumatlarından istifadə etməyə çalışın. Paylaşma saytlarından yüklənən proqramların içindən yayılan virus asanlıqla bütün sistemi təsiri altına ala bilər.

5) Onlarla fərqli təhlükəsizlik divarı (firewall) proqramlarından birini seçərək kompüterinizə yükləyin.

6) İnternet üzərindən ödənişsiz olaraq paylanılan (free.avg.com) ya da bazarda satılan (avast.com, trendmicro.com, mcafee.com) antivirüs proqramlarının birindən istifadə edin. Bunlar təhlükəsizlik divarından sızan virus və cəsus proqramların tapılmasında böyük rol oynaya bilər.

7) İstifadə etdiyiniz antivirus proqramının ‘virus axtar\' xüsusiyyətindən tez-tez istifadə edin. Beləcə sistemə daxil olan ya da maneə törədən hücumlar haqqında dərhal məlumat əldə edə bilərsiniz.

8) Antivirus proqramını bir dəfə sistemə yüklədikdən sonra, müəyyən vaxtlarda lazım olduqda onun aktuallaşmasına (update) diqqət yetirin. Aktuallaşdırmalar, kompüterinizi yeni yaradılan viruslardan qoruyacaq.

9) Əməliyyat sisteminizin hansı olmasından asılı olmayaraq antivirus aktuallaşdırmasına tez-tez diqqət yetirin. Əməliyyat sistemlərinin hücumlara qarşı təsirli qorunmasında ən əhəmiyyətli vasitələrdən biri məhz bu olacaq. Kompüterinizdəki proqramları da ehtiyac olduqda aktuallaşdırmağı unutmayın.

10) Kompüterinizə hər hansı bir proqram, fayl və s. məzmun yükləmək üçün istifadə etdiyiniz USB yaddaş, daşına bilən yaddaş kartı və ya telefon kimi cihazlar da kompüterinizin virusa yoluxmasına səbəb ola bilər. Bunun üçün yalnız təhlükəsizliyinə güvəndiyiniz cihazları kompüterinizə qoşun!


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə