Kaspersky-dən virus xəbərdarlığı

04-09-2009 / 11:05

Kaspersky Lab, yeni bir virus təsbit edib. win32. Induc.a adı verilən virus, CodeGear Delfi tətbiqlərində yayılır. Kaspersky Lab səlahiyyətliləri Virusun hələlik böyük təhlükə kimi görülmədiyini qeyd edirlər.

Bütün Kaspersky Lab məhsulları ilə ortaya çıxan bu son təhdidlərdən qorunmanın mümkün olduğunu ifadə edirlər. virus. win32. Induc.a, Delfi proqramının iki mərhələli mexanizmindən faydalanaraq, icra edilə bilən fayllar yaradır.

Qaynaq kodları əvvəl ara .dcu faylları çıxarmaq üçün birləşir. Bunlar daha sonra Windows proqramında işlədilən fayllara bağlanır. Aplikasyonlara bulaşdıqdan sonra virus Delfi mühit inkişaf etdirmə versiyaları 4.0, 5.0 ya da 7.0-nin qurulub qurulmadığına nəzarət edir.

Əgər virus. win32. Induc.a proqrama da yoluxdusa, Delfi qaynaq fayllarını bir yerə toplayaraq, dəyişdirilmiş Sysconst.dcu faylı meydana gətirir. Kaspersky Lab win32. Induc.a adlı virusu uğurla təsbit edir və inteqrə Delfi faylları ilə Windows uyğunluğunun ikisinə birdən müdaxilə edə bilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə