“Kredit büroları haqqında” qanuna dəyişiklik edilib

07-11-2024 / 13:04

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorlarının daxil edilir.

Xeberler.az məlumat verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər. Qeyd edilib ki, bu, isə kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.

Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.

Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır. Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.

Qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə