Previous Next
Bağla

AMB: Süni intellektdən istifadə model risklərinin idarə edilməsində narahatlıqlar yaradır

23-06-2025 11:45
AMB: Süni intellektdən istifadə model risklərinin idarə edilməsində narahatlıqlar yaradır

Süni intellekt əsaslı modellər ənənəvi kredit skorinqinin bacarmadığı qədər böyük və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar vermək imkanlarını hədəfləyir. Bu, risklərin daha təfərrüatlı seqmentləşdirilməsinə, kredit qərarlarının daha sürətli verilməsinə və qeyri-standart məlumatların modellərə daxil edilməsinə imkan verir.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Beynəlxalq Kredit Hesabatlılığı Konfransında deyib.

“Lakin bu texnologiyalar maliyyə sektoru üçün fürsətlərlə yanaşı, tənzimləyici orqanlar üçün məsuliyyət də formalaşdırır. Belə ki, süni intellektdən istifadə effektivliyi və inklüzivliyi artırsa da, model risklərinin idarə edilməsi və alqoritm şəffaflığı kimi məsələlərdə müəyyən narahatlıqlar yaradır. Kredit bürolarının rolu texnoloji, əməliyyat və strateji səviyyədə genişlənməkdədir. Ümumi bir maliyyə-texnologiya ekosisteminin iştirakçıları olaraq qarşılıqlı əməkdaşlığımızın ortaya çıxan çağırışları inamla həll etməyə, faydaları isə maksimal səviyyədə dəyərləndirməyə imkan yaradacağından əminik. Bu baxımdan, yaşadığımız regionda ilklərdən biri olaraq tarixçəsi 2000-ci illərin əvvəllərində Mərkəzi Bankda Kredit Reyestrindən başlayan kredit hesabatlığı sisteminin inkişafı bu gün Azərbaycan Kredit Bürosunun timsalında uğurla davam etdirilir”, - deyə T.Əliyev qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vətəndaşlar kredit tarixçələrini onlayn yoxlaya bilər-Yenilik

10-01-2023

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

Bakıda 6-cı İnvestorlar Yarmarkası təşkil olunub

04-10-2019

“Kredit büroları haqqında” qanuna dəyişiklik edilib

07-11-2024

Mobil telefon operatorları müştərilərin razılığı olmadan kredit tarixçələrini kredit bürolarına təqdim edə biləcək

19-10-2024

ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb

03-02-2009

“ASAN kommunal” sistemləri kredit bürosuna inteqrasiya oluna bilər

19-09-2016

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

25-06-2025

"Findoc" platforması istifadəyə verilib

07-12-2023

“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir

26-11-2024

Azərbaycanın İT şirkəti Qırğızıstanla əməkdaşlığa hazırlaşır

12-08-2015

Mərkəzi Bank fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

04-03-2026

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022

Kreditlər elektron arayışla veriləcək

29-12-2014

Yelo Bank-dan 50 000 AZN-dək onlayn kredit

31-08-2022

AMB Data İdarəedilməsi və Süni İntellekt üzərində işləyir

24-06-2025

Hakerlər Pentaqonun kredit şəbəkəsinə daxil olublar

15-01-2011

Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

08-04-2016

ASAN Finans-a qoşulan 4 bank məlum oldu

22-02-2019

Mərkəzi Bankın sədri ekspertlərlə görüş keçirib

23-10-2025

"Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır"

14-06-2023

Kredit təşkilatının seçilməsi meyarları hazırlanıb

19-09-2013

Ölkənin bank sektorunda kredit öhdəliyi üzrə məlumat bazasına müraciətlər artıb

26-08-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə