Previous Next
Bağla
REKLAM YERİ

Bankların kredit vermək vətəndaşların isə kredit almaq imkanları artıq asanlaşacaq

05-09-2018 18:00
Bankların kredit vermək vətəndaşların isə kredit almaq imkanları artıq asanlaşacaq

Ölkəmizdə bankların vətəndaşlara kredit vermək, müştərilərin isə kredit əldə etmə imkanlarını daha da asanlaşdıracaq alkredit.az kredit müraciəti portalı öz fəaliyyətini genişləndirir.

Xeberler.az  bildirir ki, artıq tam yeni formatda istifadəyə verilmiş portal vasitəsilə indi müştərilər banklardan müxtəlif təyinatlı kreditlər əldə edə, banklar isə düzgün yönləndirilmə nəticəsində müştərilərə sağlam kredit vermək istiqamətində daha effektiv çalışa biləcəklər.

Alkredit.az portalı həm banklara, həm də kredit əldə etmək istəyən şəxslərə bir çox üstünlüklər verir. Bu üstünlüklərə portalda bir çox bankların təmsil olunması, kredit almaq istəyən  şəxslərin rahat onlayn müraciət imkanı və onların sərfəli şərtlərlə kredit verən banklara yönləndirilməsi daxildir. Bu da öz növbəsində banklar üçün artıq ilkin təhlil edilmiş, sağlam müştəri deməkdir. Nəticədə istər müraciət edən şəxslər, istərsə də  banklar vaxta qənaət etmiş olurlar.

Həmçinin, alkredit.az platforması kredit almaq üçün sərfəli şərtlər təqdim edir. Portal vasitəsilə dörd kredit məhsulu - kredit kartı, istehlak krediti, ipoteka krediti və biznes kreditinin alınması üzrə banklara müraciət etmək mümkündür. Üstünlüklər sırasında sürətli xidmət və müraciət edən şəxslərin məlumatlarının konfidensiallığının tam qorunması da vardır.

Layihənin strateji investoru ölkəmizdə konsaltinq və marketinq kommunikasiyaları sahəsində fəaliyyət  göstərən “Quality Solutions”, portalın təsisçisi isə “Move Consulting” şirkətidir.

Quality Solutions şirkətinin direktoru Taleh Tahirlinin bildirdiyinə əsasən, Alkredit.az kredit əldə etmək üçün müraciət portalı olmaqla, həm banklar, həm də vətəndaşlar qarşısında yeni imkanlar açır. “Məqsədimiz ilk öncə banklar üçün düzgün müştərinin, müştərilər üçün isə uyğun bankın tapılmasıdır. Yəni, alkredit.az layihəsi ilə biz istiqamətləndirici, vasitəçi funksiyasını icra edirik ki, bu da həm bankların fəaliyyətinə, həm də müştərilərə effektiv təsir göstərir. Başqa sözlə desək, biz banklarla danışıqlar apararaq sərfəli kredit şərtlərini potensial kredit almaq istəyən müştərilərə təqdim edirik. Həmçinin, portala müraciət edən və kredit almaq istəyən müştərilərin təhlilini apararaq müvafiq göstəricilərə malik olan müştəriləri banklara istiqamətləndiririk ki, bu da öz növbəsində bankların işini yetərincə asanlaşdırır. Biz alkredit.az portalının işində məsuliyyətli kreditləşmə prinsiplərindən çıxış edirik ki, bu da banklar üçün sağlam kredit portfelinin yaranmasına kömək edəcək”- deyə o qeyd edib.

“Move Consulting” şirkətinin rəhbəri Elşad Yusiflinin sözlərinə görə alkredit.az portalı gələcəkdə öz texniki imkanlarını genişləndirərək fəaliyyətinin daha da optimallaşdırılması üçün işlər görəcək. Çox qısa zamanda müştərilər üçün portalın IOS və Android sistemlərində mobil tətbiqi versiyası buraxılacaq ki, bu da vətəndaşların müraciət imkanlarını xeyli asanlaşdıracaq.

Qeyd edək ki, Alkredit.az xidməti barədə daha ətraflı məlumatı www.alkredit.az internet saytından, xidmətin facebook və linkedIn sosial şəbəkələrindəki səhifələrindən və həmçinin 051 333 18 00 mobil nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Alkredit.az Bakcell-lə əməkdaşlığa başladı

27-07-2015

Kreditlər elektron arayışla veriləcək

29-12-2014

Xalq Bankdan yeni xidmət – elektron arayış

02-10-2015

Alkredit.az kredit müraciətlərini virtual rəsmiləşdirməyi təklif edir

04-11-2014

Ölkənin bank sektorunda kredit öhdəliyi üzrə məlumat bazasına müraciətlər artıb

26-08-2013

Bank xidmətlərini təqdim edən yeni sayt istifadəyə verildi

01-09-2015

“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir

26-11-2024

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016

“Kredit büroları haqqında” qanuna dəyişiklik edilib

07-11-2024

Yelo Bank-dan 50 000 AZN-dək onlayn kredit

31-08-2022

Elektron arayışla kredit verən bankların sayı artacaq

28-12-2014

Mobil telefon operatorları müştərilərin razılığı olmadan kredit tarixçələrini kredit bürolarına təqdim edə biləcək

19-10-2024

ABB-də nağd kreditə 6 faizədək endirim

18-12-2025

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022

"Findoc" platforması istifadəyə verilib

07-12-2023

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016

Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib

07-05-2025

Online formada ipoteka almaq mümkün olacaq

03-02-2015

TBC Kredit arayışların elektron formada qəbuluna başlayıb

07-01-2016

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

“ASAN kommunal” sistemləri kredit bürosuna inteqrasiya oluna bilər

19-09-2016

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018

Daha bir kredit təşkilatı portala qoşulub

05-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə