Mütəxəssislər robotların görünüş və imkanlarını yaxşılaşdırmağa davam edirlər. Robot texnikası mühəndisləri insan dərisinə bənzər elektron dəri hazırlamaq istəyirlər. Belə hesab edilir ki, gələcəyin robotları tərəfindən mürəkkəb, amma dəqiq hərəkətlərin yerinə yetirilməsi üçün onları hissetmə qabiliyyəti ilə təchiz etmək lazımdır. Çinli alimlər elektron dərinin həssaslığını artırmaq istiqamətində vacib irəliləyişə nail olublar.
Xeberler.az məlumat verir ki, ICTnews Elektron Xəbər Xidməti yeni elektron dərinin təzyiqdəki cüzi dəyişiklikləri qeydə almağa və bu informasiyanı impulslara çevirmək qabiliyyətinə malik olduğunu bildirib.
Alimlər elektron dəri ilə örtülmüş süni barmaq hazırlayıb və onu sınaqdan keçirtmək üçün süni ələ bərkidiblər. Alimlər tərəfindən hazırlanmış yeni elektron dərinin səth üzrə qaçan qarışqalar tərəfindən ona edilən cüzi təzyiqə cavab olaraq impulslar generasiya etdiyi məlum olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri