Yaponiyanın Tokio Universitetinin tədqiqatçıları “Science Advances” jurnalında məqalə dərc edərək hazırladıqları ultranazik, eyni zamanda möhkəm plyonkanı təsvir ediblər.
Elektron dəri həm yüzlərlə dartılma və qırışmaya dözmək üçün kifayət qədər elastik, həm də, sadəcə, daşımaq üçün incədir.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yeni plyonkanı təbii hadisələrin təsirindən qorumaq üçün tədqiqatçılar silisium oksinitritindən və parilen qatdan xüsusi qoruyucu örtük yaradıblar. Bunun nəticəsində material oksigenə və su buxarlarına elektronikaya nüfuz etməyə imkan vermir. Hazırda texnoloji konsept enerjini kənardan alaraq toxunma hissi verməsə də, gələcəkdə onun enerjini bədənin temperaturundan alacağı və ya elastik batareyalardan istifadə edə biləcəyi gözlənilir.
Həmçinin qeyd olunur ki, son nəticədə elastik üzvi optik sensorlar əməliyyat vaxtı və əməliyyatdan sonra qanda oksigenin səviyyəsini izləmək üçün birbaşa daxili orqanlara yerləşdirilə biləcək.
Son vaxtlar süni dərinin hazırlanmasında xeyli irəliləyiş olub. Məsələn, rütubəti və təzyiqi hiss edən və hətta saçları uzadan və tərləyə bilən dəri ərsəyə gətirilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri