“Kulturologiya və intellektual mədəniyyət” mövzusunda seminar keçirilib

28-02-2009 / 12:06

Azərbaycan Biznes Mərkəzində fevralın 27-də “Kulturologiya və intellektual mədəniyyət” mövzusunda respublika kulturoloji seminarı keçirilib.

Tədbiri “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyası Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumu ilə birgə təşkil edib.

Assosiasiyanın prezidenti, professor Fuad Məmmədov bildirib ki, müxtəlif mövzuları əhatə edən belə seminarlar artıq on ildən çoxdur ki, keçirilir. Tədbirin əhəmiyyətindən danışan F.Məmmədov deyib ki, bugünkü seminar ölkəmiz, mədəniyyətimiz üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan kulturoloji seminarlarda əsasən intellektual mədəniyyətin inkişafı mövzusu aparıcı yer tutur.

Seminarda Türkiyənin Ağdəniz Universitetinin professoru Oqtay Hüseynovun “Eynşteyn hansısa bir inkişaf edən ölkədə” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi dünyanın qabaqcıl şəxsiyyətlərinin intellektual səviyyəsinin yüksək olmasını sistemli, ardıcıl inkişafla əlaqələndirmişdir. Hər bir millətin tarixində böyük intellektə malik elm adamları vardır və onların yetişib təşəkkül tapmasında dövlətin əvəzsiz qayğısı olmuşdur. Bu istiqamətdə bizim də ölkəmizdə ardıcıl işlər həyata keçirilir.

Mövzu ətrafında müzakirələr aparılıb. Sonra “Elm və sosial-mədəni tərəqqi” mövzusunda “dəyirmi masa” keçirilib. Sonda “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyası qurumun üzvlərinə diplom və fəxri fərmanlar təqdim edilib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə