Previous Next
Bağla

Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat olmuşdur

29-04-2014 16:20
Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat olmuşdur

“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatları mütəmadi şəkildə davam etdirir.

Fonddan AzərTAc-a bildirmişlər ki, aprelin 29-da Lənkəranda keçirilmiş “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat mərasimində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak etmişlər.

Tədbirdə dövlət başçısının 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyəti xüsusi vurğulanıb və qeyd olunmuşdur ki, bu strategiyaya əsasən informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.

DSMF-nin şöbə müdiri Famil Qədimov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanmışdır.

Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

Bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər. Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidməti vasitəsilə sığortaedənlər bu vəsaitləri onlayn formada ödəmək imkanına malikdirlər. Keçən il üzrə “Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi” elektron xidməti vasitəsilə 324 min 302 sığortaedən tərəfindən 560 min 976 ödəniş həyata keçirilərək, 31 milyon manata yaxın məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Carı ilin birinci rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətində 131 min 653 istifadə sayı müəyyənləşdirilmişdir.

DSMF-nin “Sığortaolunanın onlayn uçota alınması” adlı xidməti sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirməyə imkan verir. Bu xidmət vasitəsilə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsini rəsmiləşdirə bilər. Carı ilin yanvar ayından indiyədək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən artıq fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmişdir.

Həmçinin bildirilmişdir ki, DSMF tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi”nin köməyilə reallaşdırılır.

Təqdimat mərasimində o da diqqətə çatdırılmışdır ki, 2013-cü ilin iyul ayından Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı həyata keçirilir. Bu xidmət vasitəsilə pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 “Çağrı Mərkəzi” nə zəng vurub dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Həmçinin, istənilən vətəndaş Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir.

Təqdimat mərasimində DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətlərinə dair təqdimatla çıxış edərək, hər bir xidmət barədə ətraflı məlumat verilmişdir. Daha sonra iştirakçıları maraqlandıran sual və təkliflərlə bağlı müzakirələr davam etdirilmişdir. (AzərTAc)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Sosial Müdafiə Fondu Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirmişdir

14-05-2014

Dövlət Sosial Müdafiə Fondu ölkənin ən çox istifadə olunan elektron xidmətlər siyahısında öncül mövqedə qalmaqda davam edir.

19-06-2014

DSMF-yə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb

22-01-2015

DSMF-nin elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb

21-01-2016

Dövlət Sosial Müdafiə Fondunun portalı yeniləndi

30-09-2010

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Dövlət Sosial Müdafiə Fondu daha beş elektron xidmət təqdim etməyə hazırlaşır

26-04-2014

Azərbaycanda ən çox istifadə olunan elektron hökumət xidmətləri

12-08-2014

DSMF: Sosial şəbəkələr vasitəsilə 28 minədək müraciət cavablandırılıb

01-11-2024

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11-03-2013

Ötən iki ayda DSMF-yə 95 minə yaxın vətəndaş müraciəti qeydə alınıb

11-03-2025

Üç yeni elektron xidmət istifadəyə verildi

16-09-2015

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

15-01-2025

Əhalinin daha çox tələbat duyduğu elektron xidmətlərin siyahısı müəyyənləşib

15-01-2014

DSMF kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib

14-09-2009

Dövlət Sosial Müdafiə Fondunun saytı təkmilləşdirilib

11-03-2009

Dövlət Sosial Müdafiə Fondunun e-xidmətlərindən istifadə sayı 2 dəfə artıb

30-09-2015

“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

24-07-2015

Ötən il DSMF-yə 32 minə yaxın müraciət daxil olub

06-01-2025

DSMF onlayn sorğunun nəticəsini açıqlayıb

17-02-2016

Dövlət Sosial Müdafiə Fondunun İnternet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb

04-02-2009

Salyanda əhaliyə elektron xidmət göstərilir

09-10-2015

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

24-06-2015

DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

04-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə