Previous Next
Bağla

Üç yeni elektron xidmət istifadəyə verildi

16-09-2015 13:09
Üç yeni elektron xidmət istifadəyə verildi

Sentyabrın 16-da Dövlət Sosial Müdafiə Fondu növbəti – “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib.

Xeberler.az-ın məlumatına görə, mərasimi giriş sözü ilə açan Fondun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasını təmin edən ciddi islahatların aparılması və çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına nail olunması nəticəsində bütün istiqamətlər üzrə konkret proqramlar icra edilib, əhalinin müxtəlif təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər gerçəkləşdirilib.

Qeyd olunan nəticələrin əldə edilməsində ölkənin sığorta-pensiya sisteminin köklü islahatı tədbirləri də mühüm rol oynayıb.

Hazırda Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur. Bu sahədə görülən işləri məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması, pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətində qruplaşdırmaq olar.

Daha sonra Dövlət Sosial Müdafiə Fondunun sədri E.Mehdiyev vurğulayıb ki, “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 8 ayı ərzində Fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır. Ən çox müraciət olunan elektron xidmətlər sırasında məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sosial sığorta müavinətlərinin ödənişi sahəsindəki elektron xidmətlər yer alıb.

Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib. 2015-ci il ərzində bu məqsədlə çoxsaylı mərkəzi və regional təqdimatlar, kütləvi informasiya vasitələri arasında müsabiqə keçirilib, elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 23 faiz azalıb.

İl ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir.

Daha sonra Fond sədri ictimaiyyətə təqdim olunan “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” adlı yeni xidmətlər barədə məlumat verərək vurğulayıb ki, bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və itkisinin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaqdır.

Sonra DSMF-nin şöbə müdiri Nigar Pənahova ictimaiyyətə təqdim olunan yeni 3 elektron xidmət barədə məlumat verərək bildirmişdir ki, bu xidmətlər interaktiv olmaqla yanaşı xidmətlərdən istifadə ödənişsizdir. Təqdimat mərasimində “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətlərinin üstünlükləri barədə məlumat verilmişdir. Bu xidmətlərdən istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Tədbirdə DSMF-nin yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Sosial Müdafiə Fondunun e-xidmətlərindən istifadə sayı 2 dəfə artıb

30-09-2015

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

15-09-2017

DSMF-yə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb

22-01-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

08-11-2017

DSMF-nin elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb

21-01-2016

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

24-06-2015

Fərdi uçot sistemində 71 mindən çox yeni hesab açılıb

04-04-2017

Portalın pensiya xidmətləri daha populyardır

11-09-2015

Ötən ay 8 minə yaxın sığortaedən uçot nömrəsini elektron öyrənib

12-05-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

22-06-2015

Dövlət Sosial Müdafiə Fondu ölkənin ən çox istifadə olunan elektron xidmətlər siyahısında öncül mövqedə qalmaqda davam edir.

19-06-2014

Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat olmuşdur

29-04-2014

DSMF onlayn sorğunun nəticəsini açıqlayıb

17-02-2016

Onlayn uçota alınan sığortaolunanların sayı artıb

20-11-2015

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumun adı açıqlandı

18-06-2015

Vergi ödəyicilərinə 226 mindən çox “ASAN İmza” sertifikatı verilib

17-07-2025

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə