Previous Next
Bağla

DSMF-yə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb

22-01-2015 12:40
DSMF-yə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb

2014-cü ildə Dövlət Sosial Müdafiə Fond sistemi üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35% azalıb. Xəbərlər.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fondun sədri Elman Mehdiyev məlumat verib.

E.Mehdiyev buna DSMF tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin səbəb olduğunu qeyd edərək vurğulayıb ki, ötən il ərzində Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib.

“Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutduğunu bildirən Fond sədri məlumat verib ki, : “2014-cü il ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən istifadəçilərin sayı ümumilikdə 1 milyon 380 minə yaxındır”.

E.Mehdiyev sığorta-pensiya sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin beynəlxalq təşkilatın reytinq göstəricisində də öz əksini tapdığını diqqətə çatdırıb. Belə ki, Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstərici olub.

Fond sədri həmçinin bildirib ki, DSMF bundan sonra da elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün müraciətlərə aydınlıq gətirilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DSMF-nin elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb

21-01-2016

Fondun elektron xidmətlərindən istifadə sayı artıb

02-11-2015

Üç yeni elektron xidmət istifadəyə verildi

16-09-2015

Dövlət Sosial Müdafiə Fondu ölkənin ən çox istifadə olunan elektron xidmətlər siyahısında öncül mövqedə qalmaqda davam edir.

19-06-2014

Dövlət Sosial Müdafiə Fondu daha beş elektron xidmət təqdim etməyə hazırlaşır

26-04-2014

Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat olmuşdur

29-04-2014

Dövlət Sosial Müdafiə Fondunun e-xidmətlərindən istifadə sayı 2 dəfə artıb

30-09-2015

Dövlət Sosial Müdafiə Fondu Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirmişdir

14-05-2014

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

24-06-2015

“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

24-07-2015

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Xaricdə yaşayan vətəndaşların müraciəti operativ cavablandırılır

27-08-2015

Əhalinin daha çox tələbat duyduğu elektron xidmətlərin siyahısı müəyyənləşib

15-01-2014

Salyanda əhaliyə elektron xidmət göstərilir

09-10-2015

DSMF yenilənmiş Çağrı Mərkəzini istifadəyə verib - FOTO

14-04-2015

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumun adı açıqlandı

18-06-2015

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018

Ötən iki ayda DSMF-yə 95 minə yaxın vətəndaş müraciəti qeydə alınıb

11-03-2025

Dövlət Sosial Müdafiə Fondunun İnternet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb

04-02-2009

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11-03-2013

DSMF: Sosial şəbəkələr vasitəsilə 28 minədək müraciət cavablandırılıb

01-11-2024

Son üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb

04-04-2025

DSMF onlayn sorğunun nəticəsini açıqlayıb

17-02-2016

Ötən il DSMF-yə 32 minə yaxın müraciət daxil olub

06-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə