Mayın 30-da Hədəf Təlim Klubunda “Marketinq analizləri” mövsuzunda növbəti təlim keçiriləcək.
Xeberler.az-ın məlumatına görə, təlim marketinq üzrə mütəxəssis Ramil Cabbarovun təqdimatında keçiriləcək.
Təlim iştirakçıları marketinq mühiti, şirkətin mikro və makro mühiti, PEST analizi, rəqiblərin təhlili , Porter-in 5 gücü modeli barədə məlumat alacaq, ADL Matrix, BSG Matrix, GE Matrix, SWOT analiz məsələlərini öyrənəcəklər.
Həmçinin daxili mühit amilləri -şirkətin güclü və zəif tərəfləri , xarici mühit amilləri –şirkətin imkanları və qarşılaşa biləcək təhlükələri də müzakirə edəcəklər.
Qeyd edək ki, Ramil Cabbarov 8 ildir marketinq sahəsində fəaliyyət göstərir. 2010-cu ildən etibarən peşəkar təlimçiliklə məşğuldur. O, Bolqarıstan, Gürcüstan və Türkiyədə marketinq və reklam sahələri üzrə çalışıb.
Ramil Cabbarov Azərbaycanda bir sıra şirkət və dövlət qurumlarına koorporativ təlimlər, həmçinin konsultasiyalar verib. O, “American Marketing Assocation”, “USA Direct Marketing Association” və “USA Business Marketing Association” üzvüdür.
Ramil Cabbarov Türkiyənin Boğaziçi Universiteti və Sabancı Universitetində ixtisas artırma kursunu fərqlənmə ilə bitirib. The Wharton School of the University of Pennsylvania, Duke University, University of Illinois, Russia National Research University Higher School of Economics tərəfindən keçirilən marketinq və biznes üzrə distant kursları yüksək nəticə ilə bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində çalışır.
Təlimdə İştirak etmək üçün Hədəf kursunun Nizami filialında (Nizami m yaxınlığı Z. Əhmədbəyov Küç 2) qeydiyyatdan keçməlisiniz. Son qeydiyyat tarixi 29 may saat 19:00.
Hədəf Təlim Klubu martın 15-də yaradılıb. Klub tələbələr və müxtəlif sahələrdə işləyən gənclərin karyerasını inkişaf etdirməsinə dəstək göstərmək məqsədi ilə yaradılıb. Hədəf Təlim Klubu müxtəlif mövzularda tanınmış mütəxəsislərin, şirkət rəhbərlərinin və iş adamlarının təlimlərini hər həftə təşkil etməklə gənclərə və tələbələrə öz dəstəyini göstərməyə çalşır. Bununla yanaşı Klubda İT mütəxəssislərinin də təlimləri nəzərdə tutulur. Gənclərin İKT bacarığını inkişaf etdirib, bu bilikləri çalışdıqları sahələrə tətbiq etməyi üçün klubda müxtəlif imkanlar yaradılıb.
Hədəf Təlim Klubu-nun təlimlərində iştirak etmək üçün Kluba üzv olmaq lazımdır. Üzvlük bir illikdir,yəni üzv olduqdan sonra bir il keçirlən təlimlərdə ödəniş etmədən iştirak etmək mümkündür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri