Previous Next
Bağla

Rəqəmsal marketinqlə bağlı təlim keçirilib

23-02-2018 13:02
Rəqəmsal marketinqlə bağlı təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Digital Marketinq” mövzusunda təlim keçirilib.

Xeberler.az bildirir ki, təlimdə əsasən Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb.

UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq (strategiya və yeni imkanlar), rəqəmsal marketinqdə effektivliyin ölçülməsi, remarketinq ( Sosial Media Reklamları, Display Advertising), Axtarış Motoru Optimizasiyası (SEO) və Axtarış Motoru Marketinqi (SEM), (Google AdWords), marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib.

 “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, ixrac missiyalarının daha səmərəli yollarla aparılması, beynəlxalq bazarların tapılması istiqamətində müzakirələr gələcəkdə də intensiv olaraq təşkil ediləcək.

“"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi sahibkarların fəaliyyətini praktiki dəstəkləməklə bərabər onların maarifləndirilməsinə və xarici ticarət əməliyyatlarının daha effektli olmasına dəstək göstərir. Sahibkarlıq subyektlərinin intellektual düşüncə tərzinin və idarəetmə bacarıqlarının formalaşdırlması baxımından bu təlimin rolu böyükdür.”

UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarov əlavə edib ki, təlimdə əsas məqsəd xüsusən, ixrac həyata keçirən sahibkarlar üçün digital marketinqin əhəmiyyətini göstərməkdir.

“Digital marketinq vasitəsilə xarici bazarların araşdırılması, istehlakçı davranışlarının tədqiqi, effektiv reklam kampaniyalarının hazırlanması və hesabatlar üzərində iş kimi strateji addımlar göstərilib. Təlim bu istiqamətdə təməl prinsipləri özündə əks etdirsə də, daha dərinləşdirilmiş biliklərin qazanılması üçün davamlı seminarlar təşkil ediləcəkdir. Hesab edirik ki, təlimdən qazanılmış biliklərlə artıq bir sıra xərclərə qənaət etməklə digital marketinq vasitəsilə daha operativ və effektiv nəticələrə çatmaq mümkün olacaq.”  

“Digital Marketinq” mövzusunda təlimə 40-dan artıq yerli şirkətin nümayəndəsi qatılıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal marketinqlə bağlı təlim keçiriləcək

Rəqəmsal marketinqlə bağlı təlim keçiriləcək

15-02-2018
Export Time verlişi fəaliyyətə başlayacaq

Export Time verlişi fəaliyyətə başlayacaq

09-10-2018
PR və kommunikasiyası strategiyasının hazırlanmasından danışılıb

PR və kommunikasiyası strategiyasının hazırlanmasından danışılıb

08-11-2018
Rəqəmsal PR üzrə seminar keçirilib

Rəqəmsal PR üzrə seminar keçirilib

19-12-2017
İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunub

İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunub

25-12-2018
Rəqəmsal texnologiyaların PR-ı necə olmalıdır?

Rəqəmsal texnologiyaların PR-ı necə olmalıdır?

29-11-2017
Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək

Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək

07-01-2013
Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

30-09-2015
İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunacaq

İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunacaq

14-12-2018
Marketinq sahəsində uğur qazanmaq istəyənlərin nəzərinə

Marketinq sahəsində uğur qazanmaq istəyənlərin nəzərinə

04-10-2015
İxrac əməliyyatlarında maliyyə dəstəyi mövzusunda təlim keçirilib

İxrac əməliyyatlarında maliyyə dəstəyi mövzusunda təlim keçirilib

21-11-2018
Bakıda xarici şirkət rəqəmsal marketinq təlimi keçirəcək

Bakıda xarici şirkət rəqəmsal marketinq təlimi keçirəcək

04-04-2016
PR və kommunikasiyası strategiyasının hazırlanması mövzusunda təlim keçiriləcək

PR və kommunikasiyası strategiyasının hazırlanması mövzusunda təlim keçiriləcək

30-10-2018
“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021
“Bugünün marketinqi” kitabı təqdim olunacaq

“Bugünün marketinqi” kitabı təqdim olunacaq

13-10-2015
Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

26-12-2016
“Marketinq analizləri” mövzusunda növbəti təlim

“Marketinq analizləri” mövzusunda növbəti təlim

27-05-2015
Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018
Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

02-05-2016
Sabah Bakıda 2-ci rəqəmsal marketinq konfransı keçiriləcək

Sabah Bakıda 2-ci rəqəmsal marketinq konfransı keçiriləcək

04-11-2016
Azərbayanda ilk digital marketinq müəssisəsinin açılışı oldu

Azərbayanda ilk digital marketinq müəssisəsinin açılışı oldu

23-01-2015
Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

28-10-2015
Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023
Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə