Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

30-09-2015 / 17:26

Oktyabrın 31-də ADA Universitetində rəqəmsal marketinq  üzrə “Digital Marketing Conference 2015”  tədbiri baş tutacaq.

Xeberler.az-ın məlumatına görə, konfransda rəqəmsal marketinq  sahəsinin inkişafına dəstək olmaq, bu sahəni inkişaf etirmək istiqaməti müzakirə olunacaq.

Tədbirin məqsədi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaqdır. Hər il davamlı olaraq keçiriləcək tədbirdə yerli və xarici mütəxəssislər rəqəmsal marketinq təcrübələrini müzakirə edəcəklər.

“Digital Marketing Conference 2015” Marketing AİR məzunları tərəfindən Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq  sahəsində çalışan mütəxəssislərin  birgə dəstəyi ilə keçirilir.

Qeyd edək ki, artıq tədbirin biletləri də satışa çıxarılıb.

Tədbirdə iştirak və panellər barədə buradan daha ətraflı məlumat ala bilərsiniz.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə